DOI: https://doi.org/10.36719/2663-4619/100/19-31
Aidə Babutcu
Ərciyəs Universiteti
filologiya üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0001-9606-2086
TÜRKİYƏ CÜMHURİYYƏTİNİN ERKƏN DÖVRLƏRİNDƏ
OSMANLI RUHUNUN AYNASI OLAN TÜRK ƏDİBƏLƏRİ
Xülasə
Tənzimat dövründən başlayaraq cümhuriyyətin qurulmasına qədər olan dövrdə türk cəmiyyəti ictimai-siyasi sahədə xeyli təbəddülat yaşamışdır. Böyük bir imperatorluğun varisi olduğunu türk insanı heç vaxt unutmamış, osmanlı ruhunu cümhuriyyətə inikas etdirmək üçün yeni dövlətin qurulması, düşmənlərə qarşı mübarizə, mədəni quruculuq işlərində əzmli və təşəbbüskar olmuşdur. Bir sözlə, XX əsrin başlanğıcında qərb dövlətləri Osmanlı dövlətinin tənəzzülünü düşünsə də, Cümhuriyyətin qurulması ilə türk cəmiyyəti öz müqədərratını damarındakı qanın hökmüylə həll etmiş, dünya dövlətləri ilə bir sırada addımlaya bilən modern bir türk cəmiyyətinin siyasi-hərbi, mənəvi-mədəni gücünü isbat edə bilmişdi.
Türk qadını bu mərhələdə cəmiyyətin yeniliklərinə ayaq uydurmaya çalışmış, mədəni-maarif işlərinə bilavasitə qoşulmuşdur. Osmanlı-türk modernləşməsi olaraq dəyərləndirilən bu keçid dövründə Nəzihə Mühiddin, Şükufə Nihal Başar, Leyla Saz, Güzidə Səbri Aygün, Müfidə Fərid Tək kimi bəzi türk ədibələri Osmanlıdan Cümhuriyyətin erkən dövrlərinə qədər milli duyğu və düşüncələri ilə osmanlı ruhunu, izlərini yaşada bilmişlər. Yazdıqları əsərlər və məqalələr, qoşulduqları dərnəklər və konfranslar nəticəsində qadın hərəkatlarında ilkin və mühüm nailiyyətlər əldə etmişlər. Dövrün sosial-mədəni şərtləri məhdud olduğu üçün qadınlarla bağlı fəaliyyətlər tənqidi qarşılanır, bəzən rədd edilirdi. Bütün maneələrə rəğmən, adı çəkilən seçkin türk xanımları türk qadınının haqq və hüququnu, təhsilini dəstəkləmək üçün, cəmiyyətdə və məslək həyatında təmsil və təbliğini müdafiə etmək üçün əsərləri və maddi varlıqları ilə zəmin hazırlayırdılar. Təəssüf ki, cümhuriyyət dövründə müxtəlif ədəbi janrlarda qadınları nəzərə alaraq maraqlı mövzularda yazdıqları əsərlərlə türk ədəbiyyatına məlahətli xanım nəfəsi və qətiyyətli yazıçı qadın mövqeyi gətirən bu ədibələrin çoxlarının adı dərsliklərə daxil edilməmiş, təbliğatdan uzaq qalmış, əsasən unudulmuşdur.
Məqaləmizdə bu fədakar ədibələrin osmanlıdan cümhuriyyətə qədər keçdikləri həyat yolu və təşəbbüs etdikləri mədəni fəaliyyətlər gözdən keçiriləcəkdir.
Açar sözlər: Tənzimat, Osmanlı, Cümhuriyyət, qadın, ədibə, türk, hərəkat
Aida Babutju
Erciyes University
PhD in Philology
https://orcid.org/0000-0001-9606-2086
Turkish women poets who were the mirror of the
Ottoman spirit in the early periods of the Republic of Turkey
Abstract
In the process starting from the Tanzimat period and extending to the Republican period, Turkish society has undergone changes in many areas. In this change, the Turkish woman has faced the struggle to participate in both social and political life. They did not break away from their essence until they came to the Republic from the Ottoman Empire, they were able to carry that spirit on that trail.
There are some Turkish Ladies in the Ottoman-Turkish modernization who were able to keep the Ottoman spirit alive with their national feelings and ideas that they carried in their selves such as Nezihe Muhittin, Shukufe Nihal Bashar, Leyla Saz, Guzide Sabri Aygun, Mufide Ferit Tek. They were able to be successful in women's movements with the works and articles they wrote, the associations and conferences they attended. They became pioneers in addition to being able to participate in Turkish social and political life from the Tanzimat to the early republican period. In addition to the fact that conditions were limited at that time, every activity related to women was criticized and restricted.
Despite these obstacles, these distinguished Turkish ladies are able to carry the Ottoman spirit, as well as to step into the rights of the Turkish woman, their education, social and political participation, professional and business life, etc. they have left their mark on history with the works and studies they have created.
In this study, the lives and works of these women editors in the transition from the Ottoman Empire to the Republic were examined.
Keywords: Tanzimat, Ottoman, Turkish Ladies, national, activity