DOI: https://doi.org/10.36719/2706-6185/33/53-60

Zəminə Rəsulova

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi

Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğu

zaminarasulova834@gmail.com

ŞƏKİ TARİX DİYARŞÜNASLIQ MUZEYİNİN TARİXİ


Xülasə

Muzeylər maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi tədqiqat müəssisələridir. Azərbaycanda muzeylərin yaranması digər dünya ölkələri ilə müqayisədə nisbətən gec baş vermişdir. Ölkəmizdə ilk muzey XIX əsrin sonlarında yaradılmışdır. Böyük yazıçı Cəlil Məmmədquluzadə 1896-cı ildə Naxçıvanın Nehrəm kənd məktəbində tarix muzeyi yaratmış, bu muzeydə Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair materialların toplanmasına nail olmuşdur. Nehrəm kəndinin məktəb muzeyi Azərbaycanda yaradılan ilk muzey hesab olunsa da rəsmi olaraq muzey statusu almamışdır. Respublikamızda ilk rəsmi muzeyin yaradılması Azərbaycan Demokratik Cumhuriyyəti dövrünə təsadüf edir. 1919 cu  ildə “İstiqlal” muzeyi yaradılır. 1920 ci ildə ADR-nın süqutundan sonra 1920 ci ildə Bakıda, 1924-25 ci illərdə isə Şəki, Gəncə, Lənkəran kimi bir neçə böyük şəhərdə muzey yaradılır. 17 sentyabr 1925 ci ildə keçmiş Şəki xanlarının sarayında   dövlət muzeyi təşkil olunur, beləliklə Şəki Tarix-Diyarşünaslıq Muzeyinin əsası qoyulur. Nuxa (Şəki) Xalq Maarif Şöbəsinin tabeliyində fəaliyyətə başlayan muzeydə hazırda Şəki şəhərinin tarixini, mədəniyyətini, qədim sənət növlərini, etnoqrafiyasını və mətbəxini əks etdirən 5000-dən çox eksponat mühafizə olunur. 

Bu məqalənin məqsədi Şəki Tarix Diyarşünaslıq Muzeyinin tarixini, illər ərzindəki inkişafını əks etdirməkdir.

Açar SözlərŞəki, muzey, ölkəşünaslıq, diyarşünaslıq, tarix, etnoqrafiya, Xan sarayı


Zamina Rasulova

State Tourism Agency of the Republic of Azerbaijan

Sheki “Yukhari Bash” National Historical and Architectural Reserve 

zaminarasulova834@gmail.com


"The history of Sheki history museum"


Abstract

Museums are cultural and scientific research institutions where material cultural monuments are collected, preserved, studied, publicly exhibited and promoted. The formation of museums in Azerbaijan occurred relatively late compared to other countries of the world. The first museum in our country was created in the late 19th century. The great writer Jallil Mammadguluzade created a history museum in the Nehram village school of Nakhchivan in 1896 and managed to collect materials about different periods of Azerbaijani history in this museum. Although the school museum of Nehram village is considered the first museum established in Azerbaijan, it has not officially received museum status. The establishment of the first official museum in our Republic coincides with the period of the Azerbaijan Democratic Republic. "Istiglal" (Independence) museum was founded in 1919. After the collapse of the Azerbaijan Democratic Republic in 1920, museums were opened in Baku in 1920 and in many major cities such as Sheki, Ganja and Lankaran in 1925. On September 17, 1925, a state museum was established in the palace of the former Sheki Khans, thus the Sheki Museum of History and Studies of local lore was founded.More than 5,000 exhibits reflecting the history, culture, ancient art forms, ethnography and cuisine of the city of Sheki are preserved in the museum, which was established within the Nukha (Sheki) Public Education Directorate.

The purpose of this article is to reflect the history and development of the Sheki Museum of History and Local Studies over the years.

Keywords: Sheki, museum, studies of local lore, history, ethnography, Khan's palace


Baxış: 272