DOI: https://doi.org/10.36719/2706-6185/33/198-201
Ümid Abbaszadə
Azərbaycan Dövlət İqtisad Universiteti
magistrant
AZƏRBAYCANIN NƏQLİYYAT SEKTORUNUN İQTİSADİ ROLU
VƏ STRATEJİK ƏHƏMİYYƏTİ
Xülasə
Bu məqalədə Azərbaycanın nəqliyyat sektorunun iqtisadi rolu və strateji əhəmiyyəti araşdırılır. Azərbaycanın coğrafi mövqeyi, xüsusilə Qafqazın cənub-şərqində, Xəzər dənizi sahilində yerləşməsi ölkəni Asiya ilə Avropa arasında keçid nöqtələrindən biri edir. Bu strateji yerləşmə Azərbaycana beynəlxalq ticarətdə mühüm rol oynamağa imkan verir. Nəqliyyat sektoru və onun iqtisadi rolu Azərbaycanın coğrafi mövqeyi, müxtəlif təbii şəraiti və iqtisadi rayonları sayəsində ölkəni mühüm nəqliyyat mərkəzinə çevirir. Nəqliyyat sektorunun inkişafı və səmərəliliyi Azərbaycanın iqtisadi gələcəyini əhəmiyyətli dərəcədə müəyyənləşdirir. Bunun nəticəsidir ki, Azərbaycanın nəqliyyat sektorunun inkişafı ölkə iqtisadiyyatının və beynəlxalq əlaqələrinin genişlənməsinə imkan verir.
Açar sözlər: nəqliyyat sektoru, coğrafi mövqe, beynəlxalq ticarət, qlobal iqtisadiyyat, ticarət qovşağı, turizm
Umid Abbaszade
Azerbaijan State University of Economics
master student
The economic role and strategic importance of Azerbaijan's transportation sector
Abstract
In this article, the economic role and strategic importance of Azerbaijan's transportation sector are examined. Azerbaijan attracts attention with its geographical location, particularly situated in the southeast of the Caucasus, along the shores of the Caspian Sea, positioning the country as one of the transit points between Asia and Europe. This strategic position allows Azerbaijan to play a significant role in international trade. The transportation sector and its economic role turn Azerbaijan into a crucial transportation hub due to the country's geographical location, diverse natural conditions, and economic zones. The development and efficiency of the transportation sector significantly shape Azerbaijan's economic future. As a result, the development of Azerbaijan's transportation sector facilitates the expansion of the country's economy and international relations. Investments made in this field lay the groundwork for substantial growth and the development of a modern economy. However, it is essential to have an effective transportation sector to fulfill this role and support economic growth.
Keywords: transport sector, geographic location, international trade, global economy, trade hub, tourism