Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/101/246-250

Elvin Hüseynov

Naxçıvan Dövlət Universiteti 

magistrant

elvinhuseynov0@gmail.com


İLKİN HƏRBİ QEYDİYYAT VƏ HƏRBİ XİDMƏT KEÇMƏKDƏN 

BOYUN QAÇIRMAYA GÖRƏ MƏSULİYYƏT


Xülasə

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ölkənin ərazi bütövlüyünü və suverenliyini qorumalı olan Silahlı Qüvvələrimiz yaradılmışdır. Hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri) ilkin hərbi qeydiyyata alınmalıdırlar. İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırmaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində məsuliyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma – iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Açar sözlər: hərbi xidmət, hərbi qeydiyyat, cinayət, inzibati, boyun qaçırma, məsuliyyət


Elvin Huseynov

Nakhchivan State University 

master student 

elvinhuseynov0@gmail.com


Primary military registration and responsibility for misconduct


Abstract

After the Republic of Azerbaijan regained its independence, our Armed Forces were created to protect the territorial integrity and sovereignty of the country. Male citizens of the Republic of Azerbaijan who turn 15 years of age every year during the months of January-March in the relevant executive authority (local headquarters, offices, departments, and divisions of the State Service for Mobilization and Conscription of the Republic of Azerbaijan) at the place of residence or place of residence they must be registered in the military. The Code of Administrative Offenses of the Republic of Azerbaijan stipulates responsibility for refusing to undergo initial military registration. According to Article 321.1 of the Criminal Code of the Republic of Azerbaijan, refusing the next military draft or calling for mobilization to avoid military service without a legal basis is punishable by imprisonment for up to two years.

Keywords: military service, military registration, criminal, administrative, desertion, liability.


Baxış: 272