DOI: https://doi.org/10.36719/2706-6185/35/102-108

Gülnar Rəhimova

Gəncə Dövlət Universiteti

dissertant

gulnar.rahimova1989@gmail.com

https://orcid.org/0009-0006-4267-4953


SİYASİ PARTİYALARIN PARLAMENT SEÇKİLƏRİNDƏ FƏALLIĞI

SİYASİ İŞTİRAKIN GÖSTƏRİCİSİ KİMİ


Xülasə

Çağdaş demokratik sistemlərdə vətəndaşların idarəetmə sistemində yer alması əsas göstəricilərdən biridir. Vətəndaşların fərdi şəkildə hərəkət edərək öz siyasi məqsədinə çatması mümkün deyil. Fərdi iradələrini birləşdirərək, məqsədyönlü şəkildə istifadə edərək, onların əhəmiyyət qazandıran özünəməxsus təşkilatlara ehtiyac vardır. Belə təşkilatlar demokratik sistem üçün mühüm əhəmiyyət kəsb edən siyasi partiyalardır. Partiyalar müəyyən siyasi görüş və ideologiyalar fonunda birləşən vətəndaşların öz şəxsi qərarları ilə təşkil etdikləri və heç bir təsirə məruz qalmadan üzv olub, üzvlükdən imtina etdikləri qeyri-hökumət təşkilatlarıdır. Siyasi partiyalar fəaliyyət göstərdikləri ölkədə bir sıra funksiyaları ilə seçilən təşkilatlardır. Onlar vətəndaşların siyasi sosiallaşmasında, siyasi iştirakında, ictimai rəyin formalaşmasında əhəmiyyətli rola sahibdir. Siyasi partiyalar vətəndaşların siyasi iştirakını təcəssüm etdirən təşkilatlar olmaqla, demokratik rejimin əsas elementlərindən biridir. Bu məqalədə vətəndaşların siyasi iştirakı prosesində siyasi partiyaların rolu seçkilər fonunda tədqiq edilmişdir. 

Bu məqsədlə, siyasi partiyaların parlament seçkilərində iştirakına dair mövcud elmi ədəbiyyat təhlil edilmiş, seçki nəticələrindən istifadə edilməklə vətəndaşların siyasi iştirakının təminində siyasi partiyaların əhəmiyyəti müəyyən edilməyə çalışılmışdır. 

Məqalənin əsas elmi yeniliyi ondan ibarətdir ki, vətəndaşların siyasi iştirakının təmin edilməsində siyasi partiyaların rolunun parlament seçkiləri timsalında təhlili aparılmış, bu zaman Azərbaycan Milli Məclisinə seçkilər zamanı siyasi partiyaların iştirakına dair göstəricilərdən də istifadə edilmişdir. 

Tədqiqatın əsas nəticəsi ondan ibarətdir ki, demokratikləşmənin əsas göstəricilərindən biri kimi siyasi partiyaların sayı və onların parlament seçkilərində iştirak səviyyəsi mühüm əhəmiyyət kəsb etdiyi kimi, parlamentdə təmsil olunan partiyaların sayı da bu baxımdan diqqətəlayiq sayılır. Bu isə vətandaşların siyasətə marağına təsir edən başlıca amillərdən biridir.

Açar sözlər: siyasi partiya, parlament seçkiləri, siyasi iştirak, siyasi fəallıq səviyyəsi, demokratiya


Gulnar Rahimova

Ganja State University

dissertatist

gulnar.rahimova1989@gmail.com

https://orcid.org/0009-0006-4267-4953


Activity of Political Parties in Parliamentary Elections as an Indicator of 

Political Participation


Abstract

In modern democratic systems, the participation of citizens in the management system is one of the main indicators. It is impossible for citizens to achieve their political goals by acting individually. There is a need for unique organizations that combine individual wills and use them in a purposeful manner. Such organizations are political parties that are important for the democratic system. Parties are non-governmental organizations organized by citizens who unite on the basis of certain political views and ideologies and join and refuse membership without any influence. They have an important role in the political socialization of citizens, their political participation, and the formation of public opinion. Political parties are one of the main elements of the democratic regime, being organizations that embody the political participation of citizens. In this article, the role of political parties in the process of political participation of citizens is studied against the background of elections.

For this purpose, the existing scientific literature on the participation of political parties in parliamentary elections was analyzed, and the importance of political parties in ensuring the political participation of citizens was determined using the election results.

The main scientific innovation of the article is that the role of political parties in ensuring the political participation of citizens was analyzed on the example of parliamentary elections, and indicators of the participation of political parties during the elections to the Milli Majlis of Azerbaijan were also used.

The main result of the research is that the number of political parties and their level of participation in parliamentary elections is important as one of the main indicators of democratization, and the number of parties represented in parliament is also noteworthy in this regard. This is one of the main factors affecting citizens' interest in politics.

Keywords: political party, parliamentary elections, political participation, level of political activity, democracy


Baxış: 156