DOI: https://doi.org/10.36719/2706-6185/36/47-50

Rahilə Qurbanova 

 Azərbaycan Dövlət Pedaqoji Universiteti

rahila.qurbanova@mail.ru


ŞUMER-AKKAD VƏ MİSİR MİFLƏRİNDƏ KOSMOQONİK VƏ

ANTROPOQONİK TƏMAYÜLLƏR


Xülasə

Təqdim olunan məqalədə Şumer-akkad və Misir miflərində kos­moqonik və antropoqonik ideyalar araşdırılmışdır. Bu miflərdə tanrılardan, kainatın yaran­masından və insanın mənşəyindən bəhs edilir. Şumer-akkad miflərində tanrılar insan cəmiyyətinin ilkin modeli kimi təsvir edilir. 

Həmçinin “Annunakilər” və “Bilqamış dastanı” haqqında araşdırmalar aparılaraq qeyd olunur ki, annunakilər genetik manipulyasiyanın köməyi ilə xüsusi işçilər, Homo sapiens, yəni ağıllı insan yaradırlar. Bu ağıllı insanlara da öz bilik və bacarıqlarını öyrədirlər. Mifologiya bəşər yaradıcılığının ən qədim forması olub, həyatın və insanın yaranması haqqında düşüncə və təsəvvürləri özündə ehtiva edən dünyagörüşüdür. 

Açar sözlərmifologiya, mif, tanrı, kainatın yaranması, insanın mənşəyi, annunakilər, itaət etmək, əbədi həyat, kahin


Rahila Gurbanova

 Azerbaijan State Pedagogical University

 rahila.qurbanova@mail.ru


Cosmogonic and anthropogonic tendencies in Sumerian-Akkadian and Egyptian myths


Abstract

The presented article shows that cosmogonic and anthropogonic ideas were explored in Sumerian-Akkadian and Egyptian myths. These myths tell about the gods, the creation of the universe and the origin of man. In Sumerian-Akkadian myths, the gods are depicted as the original model of human society. 

Research is also being conducted on “The Annunaki” and “The Saga of Bilgamish” and it is noted that the Annunaki, using genetic manipulation, create special workers, namely Homo sapiens, intelligent people. They also teach these smart people their knowledge and skills. Mythology is the oldest from of human creativity, a worldview that includes thoughts and ideas about the creation of life and man. 

Keywords: mythology, myth, god, creation of the universe, origin of man, Annunaki, obey, eternal life, priest


Baxış: 150