Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/104/15-19

Məhəbbət Dəmirçiyeva 

Bakı Dövlət Universiteti

hüquq elmləri doktoru

mahabbat.dmrcva@mail.ru

Mehin Musagil 

Bakı Modern Təhsil Kompleksi

mehin.musagil@mail.ru

UOT 34:343.6 


HİMAYƏDAR AİLƏ VƏ ONUN HÜQUQİ ƏSASLARI


Xülasə

Ailə hüququ — hüquq elminin bir qoludur. Hər bir hüquq sahəsi kimi, ailə hüququ özünün predmeti və hüquqi tənzimetmə metodu ilə səciyyələnir. Hüquq elmində hüquqi tənzimetmə dedikdə, hüquq normalarının (yuridik normaların) köməyi ilə dövlətin ictimai münasibətlərə təsiri prosesi başa düşülür. Hüquqi tənzimetmənin predmetini hüquq normalarının müvafiq qrupu ilə təsbit edilən ictimai münasibətlərin müəyyən formasını təşkil edir. Hüquqi tənzimetmə metodu dedikdə, hüquq normalarının ictimai münasibətlərə təsir göstərməsi üsulu nəzərdə tutulur. Hüquqi tənzimetmə metodu imperativ və dispozitiv tənzimetmə metodlarına bölünür. İmperativ metod hü­quq normaları ilə tənzim edilən ictimai münasibətlərin iştirakçısına hakimiyyətin təsir üsuludur. Dispozitiv metod isə bərabərhüquqlu tərəflər olan ictimai münasibətlər iştirakçıları arasında mü­nasibətləri tənzimetmə üsuludur.

Hüquq sahəsi olaraq ailə hüququ ictimai münasibətlərin müəyyən növünü – ailə münasibətlərini, yəni nikah faktından meydana gələn və ailəyə mənsub olan münasibətləri tənzim edir. Bununla əlaqədar, ailə hüquqi-tənzimetmə predmeti birincisi, öz məcmusunda həmin predmeti təşkil edən ictimai münasibətlərin ən mühüm xüsusiyyətləri və mahiyyətini açıqlamalı, ikincisi, göstərilmiş münasibətlərin iştirakçılarının ümumi xarakteristikasını özünə daxil etməlidir.

Açar sözlər: himayədar ailə, ailə hüququ, müavinət, himayədar valideyn


Mahabbat Damirchiyeva

Baku State University

Doctor of Legal Sciences

mahabbat.dmrcva@mail.ru

Mehin Musagil

Baku Modern Education Complex

mehin.musagil@mail.ru

UOT 34:343.6


Foster family and its legal basis


Abstract

Family law is a branch of legal science. Family law, like any other area of law, is characterized by its subject matter and method of legal regulation. In jurisprudence, legal regulation means the process of influence of the state on social relations with the help of legal norms. The subject of legal regulation is a certain form of social relations determined by the relevant group of legal norms. The method of legal regulation means the method of influencing social relations by legal norms. The method of legal regulation is divided into imperative and dispositive regulation methods. Imperative method is a method of influence of power on the participant of social relations regulated by legal norms. 

The positive method is a method of regulating relations between participants of social relations who are equal parties.

As a field of law, family law regulates a certain type of social relations  family relations, i.e. relations arising from the fact of marriage and belonging to the family. In this regard, the subject of family legal regulation should, firstly, reveal the most important features and essence of the social relations that make up that subject in its totality, and secondly, it should include the general characteristics of the participants of the specified relations.

Keywords: foster family, family law, allowance, foster parent

Baxış: 168