DOI: https://doi.org/10.36719/2706-6185/37/7-13

Xəzər Hüseynov

Naxçıvan Dövlət Universiteti

tarix elmləri doktoru 

xezerhuseynov@gmail.com

Fəxriyyə Hüseynova 

Naxçıvan şəhər 10 saylı orta məktəb

xezerhuseynov@gmail.com

https://orcid.org/0000-0002-7874-4654


AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

VƏ NAXÇIVAN (1948-1953-CÜ İLLƏR)


Xülasə

Məqalədə 1948-1953-cü illərdə azərbaycanlıların ata-baba yurdlarından zorla köçürülməsindən və bunun ağır nəticələrindən bəhs olunur.

Azərbaycan xalqına, onun torpaqlarına edilmiş ədalətsizliklərin baş alıb getməsinin bir səbəbi də başımıza gətirilən bu bəlalara qarşı vaxtında tədbirlərin görülməməsi, bu bəlaların xalqdan, xüsusən Azərbaycanın gələcəyi olan nəsillərimizdən gizli saxlanılması, onlarda unutqanlıq, öz tarixinə biganəliyin uzun müddət kök salması olubdur. Bu kimi halların aradan qaldırılması xalqımıza edilən zülmlərin aşkarlanıb beynəlxalq aləmə çatdırılması baxımından ulu öndər Heydər Əliyev cənablarının verdiyi fərmanların böyük siyasi və tarixi əhəmiyyəti vardır. Belə fərmanlardan biri də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında”kı sənəddir.

Bu fərmanda tarixdə ilk dəfə olaraq son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımızın ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalması kimi məsələlərə siyasi qiymət verilir, bu ədalətsizlik ilk dəfə olaraq aşkarlanıb xalqa və beynəlxalq ictimaiyyətə çatdırılır.

Açar sözlər: Azərbaycan, Qərbi-Azərbaycan, Mil-Muğan, deportasiya, köçürmə


Khazar Huseynov

Nakhchivan State University

Doctor of Historical Sciences

xezerhuseynov@gmail.com

Fakhriya Huseynova

Nakhchivan city secondary school No. 10

xezerhuseynov@gmail.com

https://orcid.org/0000-0002-7874-4654


Deportation of Azerbaijanis from Western Azerbaijan and Nakhchivan

(1948-1953 years)


Abstract

The article is about the forced relocation of Azerbaijanis from their ancestral homelands in 1948-1953 and its serious consequences.

One of the reasons for the occurrence of injustices against the people of Azerbaijan and its lands is the failure to take timely measures against these disasters, keeping these disasters hidden from the people, especially the future generations of Azerbaijan, their forgetfulness and indifference to their own history taking root for a long time. The decrees issued by the Great Leader Heydar Aliyev have a great political and historical significance in terms of eliminating such cases, revealing the oppressions done to our people and bringing them to the international world. One of such decrees is the document "On mass deportation of Azerbaijanis from their historical and ethnic lands in the territory of the Armenian SSR in 1948-1953".

In this decree, for the first time in history, a political assessment is given to issues such as the severe deprivations, national tragedies and hardships of our people as a result of the policy of ethnic cleansing and genocide carried out against Azerbaijanis in the Caucasus in the last two centuries.

Keywords: Azerbaijan, Western Azerbaijan, Mil-Mughan, deportation, resettlement

 

Baxış: 151