Arxiv
Təbiət və elm 2024 Təbiət və elm 2023 Təbiət və elm 2022 Təbiət və elm 2021 Təbiət və elm 2020 Təbiət və elm 2019

DOI: https://doi.org/10.36719/2707-1146/38/73-77

Gülnarə Abbasova 

Azərbaycan Dövlət Aqrar Universiteti

abbasovag13@gmail.com


TÜTÜN BİTKİSİNİN BECƏRİLMƏ TEXNOLOGİYASI VƏ 

AZƏRBAYCANDA TÜTÜNÇÜLÜK SƏNAYESİ


Xülasə

Bu məqalə Azərbaycanda tütün bitkisinin istehsalı, onun emalının təhlili və zəruri dəyərləndirmələri haqqında məlumat verir. Bununla yanaşı tütün becərilmə texnologiyası və tütün emalının inkişaf istiqamətləri nəzərdən keçirilir, ölkədə tütünçülüyün və tütün fermentasiyasının inkişafının sürətləndirilməsinin zəruriliyi açıqlanır. Azərbaycanın qeyri-neft sektorunda rəqabət qabiliyyətinin yüksəldilməsi və səmərəliliyin artırılması fonunda tütünçülük və onun məhsulunun emalı müəssisələrinin inkişafına diqqətin gücləndirilməsinin məqsədəuyğun olduğu göstərilir. Tütünçülük sənayesinin inkişafında klasterlərin daha səmərəli ola biləcəyi əsas götürülür və bəzi konkret təkliflər verilir.

Açar sözlər: tütün bitkisi, tütünçülük, yetişdirmək, toxum, suvarma, fidan


Gulnara Abbasova 

Azerbaijan State Agrarian University

abbasovag13@gmail.com


Tobacco plant cultivation technology and tobacco industry in Azerbaijan


Abstract

This article provides information about the production of tobacco plant in Azerbaijan, analysis of its processing and necessary evaluations. At the same time, the development directions of tobacco cultivation technology and tobacco processing are reviewed, the necessity of accelerating the development of tobacco farming and tobacco fermentation in the country is explained. Against the background of increasing competitiveness and increasing efficiency in the non-oil sector of Azerbaijan, it is indicated that it is appropriate to focus on the development of tobacco and its product processing enterprises. It is assumed that clusters can be more efficient in the development of the tobacco industry, and some concrete proposals are made.

Keywords: tobacco plant, tobacco growing, growing, seeds, irrigation, seedling


Baxış: 45