https://doi.org/10.36719/2663-4619/108/20-25
Aytac Zeynalova
Azərbaycan Dillər Universiteti
filologiya üzrə fəlsəfə doktoru
aytaczeynalova747@gmail.com
Çağdaş şeirimiz və Məhəmməd Füzuli
Xülasə
Məhəmməd Füzulinin fikir və sənət dünyası yeni məzmunu və bədii-üslubi tapıntıları ilə Azərbaycan türkcəsindəki şeirin fəaliyyət proqramını təsdiqləmiş, özündən sonra gələn nəsillər üçün istər forma, itərsə də ideya baxımından örnək olmuşdir. Məqalədə şeirimizin Füzulidən sonrakı mərhələsinə, xüsusilə XX əsrdə sosializm realizminin estetikasından kənarda yazıb yaratmış, həm də yaradıcılığı ilə ötürücü funksiyanı yerinə yetirmiş qəzəlxan şair Əliağa Vahidin fəaliyyətinə qısa nəzər yetirilmişdir. Füzuli irsinin təsiri çağdaş şeirdə üç istiqamətdə özünü göstərməkdədir ki, bunlar neoklassik şeirin təzahürləri kimi dəyərləndirilə bilər.
Birinci xətt daha mühafizəkar fəaliyyət hesab edilir ki, burada həm forma, həm də məzmun etibarilə Füzuli dəsti-xətti qorunub saxlanılır.
İkinci istiqamətdə formaca ənənəvi, məzmun və motiv etibarilə yeni poetik nümunələr diqqəti cəlb edir.
Üçüncü xəttdə isə həm forma, həm də məzmun etibarilə yenilənmiş, lakin Füzuli ruhunu özündə saxlayan yaradıcı şairlərin əsərləri yer almaqdadır. Aparılan paralellər Füzuli sənətinin zahiri və daxili potensialını bir daha üzə çıxararaq çağdaş şeirdə bu poetik irsdən ideya-mövzu qaynağı kimi bəhrələnmənin daha aktual olmasını ortaya çıxarmışdır ki, buna daha çox assosiativ poeziyada rast gəlmək mümkündür.
Açar sözlər: Füzuli, Vahid, qəzəl, neoklassika, çağdaş, irfan, poetika
Aytaj Zeynalova
Azerbaijan University of Languages
Doctor of Philosophy in Philology
aytaczeynalova747@gmail.com
Our Contemporary Poetry and Mahammad Fuzuli
Abstract
Like the Sun of Azerbaijani poetry, Mahammad Fuzuli shines in our poetry, which was and will be created after him. The article provides a brief look at the post-Fuzuli stage of our poem, especially the activity of Aliaga Vahid, a ghazal master poet who wrote and created in the XX century outside the aesthetics of socialism realism, and also performed a transmitting function with his creativity. The influence of Fuzuli heritage is manifested in contemporary poetry in three directions, which can be regarded as manifestations of neoclassical poetry.
The first line is considered to be a more conservative activity, in which both the form and content of Fuzuli are preserved.
In the second direction, traditional in form, new poetic examples in content and motive attract attention.
The third line includes the creativity of creative poets who have been updated both in form and content, however retain the spirit of Fuzuli. The parallels carried out once again revealed the external and internal potential of Fuzuli art and revealed that the use of this poetic heritage as an idea-subject source in contemporary poetry is more relevant, which can be found more often in associative poetry.
Keywords: Fuzuli, Vahid, ghazal, neoclassical, contemporary, wisdom, poetics