Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/108/62-66

Majnun Hasanov 

University of Economics and Human Sciences in Warsaw 

Master student 

majnun.hasanov@mail.ru 


The Military-Political Role of I Shah Ismail in the Establishment 

of the Safavid Empire 


Abstract 

The 16th century is a historical period characterized by the beginning of a new phase in world history. This historical period ended with the political unification of national regions and the formation of centralized states in most Western European countries. In Asian countries, however, a somewhat specific type of state emerged. One of these states was the Safavid state, a historical Azerbaijani state that existed from 1501-1736, from the early 16th century to the mid-18th century. Emerging at the beginning of the 16th century, the Azerbaijani Safavid state was the successor of the Akkoyunlu state in terms of territory and ethnicity, but differed significantly from it. The formation of this state was not due to a dynastic change, but to the complex socio-political situation and economic processes taking place in Azerbaijan and the neighboring countries of the Middle East. At different times, the territory of the state was 2 millon 800 thousand sq.km, 3 million sq.km which included present-day northern Azerbaijan, the eastern regions of Turkey, Armenia, Iran, Iraq, Afghanistan, Turkmenistan, western Pakistan and Uzbekistan. It should also be noted that Shah Ismail Khatai’s policy was to unite the northern and southern parts of Azerbaijan. With the military-political activities of Shah Ismail Khatai in 1501-1514, the northern and southern provinces of Azerbaijan were integrated into a single, relatively centralized territory of the Safavid state.

KeywordsAkkoyunlu, I Shah Ismail, Azerbaijan, Tabriz, Baku, Karl Marx


Məcnun Həsənov 

Varşava İqtisadiyyat və Humanitar Elmlər Universiteti 

magistrant

majnun.hasanov@mail.ru


I Şah İsmayılın Səfəvi İmperiyasının qurulmasında hərbi-siyasi rolu


Xülasə 

XVI əsr dünya tarixində yeni mərhələnin başlanması ilə səciyyələnən tarixi dövrdür. Bu tarixi dövr əksər Qərbi Avropa ölkələrində milli bölgələrin siyasi birləşməsi və mərkəzləşdirilmiş dövlətlərin yaranması ilə başa çatdı. Asiya ölkələrində isə bir qədər spesifik dövlət tipi yaranmışdır. Bu dövlətlərdən biri də 1501-1736-cı illərdə, XVI əsrin əvvəllərindən XVIII əsrin ortalarına qədər mövcud olmuş tarixi Azərbaycan dövləti olan Səfəvilər dövləti idi. XVI əsrin əvvəllərində yaranan Azərbaycan Səfəvi dövləti ərazi və etnik mənsubiyyət baxımından Ağqoyunlu dövlətinin varisi olsa da, ondan xeyli fərqlənirdi. Bu dövlətin yaranması sülalə dəyişikliyi ilə deyil, Azərbaycanda və Yaxın Şərqin qonşu ölkələrində gedən mürəkkəb ictimai-siyasi vəziyyət və iqtisadi proseslərlə bağlı idi. Müxtəlif dövrlərdə dövlətin ərazisi 2 milyon 800 min kv.km, 3 milyon kv.km idi ki, bura indiki Şimali Azərbaycan, Türkiyənin şərq bölgələri, Ermənistan, İran, İraq, Əfqanıstan, Türkmənistan, Qərbi Pakistan və Özbəkistan daxildir. Onu da qeyd edək ki, Şah İsmayıl Xətainin siyasəti Azərbaycanın şimal və cənub hissələrini birləşdirmək idi. 1501-1514-cü illərdə Şah İsmayıl Xəta­inin hərbi-siyasi fəaliyyəti ilə Azərbaycanın şimal və cənub vilayətləri Səfəvilər dövlətinin nisbətən mərkəzləşmiş vahid ərazisinə birləşdirildi.

Açar sözlər: Ağqoyunlu, I Şah İsmayıl, Azərbaycan, Təbriz, Bakı, Karl Marks 




Baxış: 682