https://doi.org/10.36719/2706-6185/41/31-36

Arzu Xəlilzadə

 Bakı Dövlət Universiteti

tarix üzrə fəlsəfə doktoru

arzuxelilzade89@gmail.com


Azərbaycan Respublikasında iqtisadiyyatın şaxələndirilməsi siyasəti

(2003-2020)


Xülasə

Azərbaycan Respublikasında sənayenin inkişafı yalnız neft, qaz istehsalını əhatə etmir. Tədqiq olunan illərdə sənayenin digər sahələri, xüsusilə ağır sənaye və maşınqayırma sənayesi, nəqliyyat və logistika, informasiya-kommunikasiya texnologiyaları sahəsində müəyyən praktik addımlar atılmış, kiçik və orta sahibkarlığın inkişafı diqqət mərkəzində olmuşdur. Bu sahədə strateji inkişafa nail olmaq üçün Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə konsepsiya və fəaliyyət planları qəbul edilmiş, konkret məqsəd və vəzifələr müəyyənləşdirilmişdir. Dövlət müstəqilliyinin bərpa­sından sonra iqtisadiyyatın şaxələndirilməsi, ənənəvi iqtisadi sahələrlə yanaşı, müasir dünyanın çağırışlarına cavab verən sənaye sahələrinin yaradılması və inkişafı strateji vəzifələr olaraq qəbul edilmişdir.

Bu baxımdan məqalədə 2003-2020-ci illər ərzində Azərbaycan Respublikasında iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər, qeyri-ənənəvi sənaye sahələrinin inkişafı ilə bağlı qəbul edilən sənədlər və praktik nəticələr öyrənilmiş, bu istiqamətdə meydana çıxan çətinliklərin səbəbləri təhlil edilmişdir. 

Müəllif məqalədə maşınqayırma sənayesinin inkişafı və yerli avtomobillərin istehsalı sahəsində müəyyən bölgələrin inkişafı, ayrı-ayrı zavodların yaranması və sənaye sahələri ilə yanaşı, kiçik və orta sahibkarlığın inkişafının vacibliyi, bu sahədə aparılan dövlət siyasəti, meydana çıxan prob­lemlər barəsində təhlillər aparmış, Azərbaycanın Cənubi Qafqazda Şərq – Qərb, Şimal – Cənub nəqliyyat dəhlizlərinin mərkəzində yerləşməsi, əlaqələndirici dövlət statusunda olması, bunun Azərbaycan üçün üstünlüklərini göstərmişdir.

Müəllif belə nəticəyə gəlmişdir ki, kiçik və orta sahibkarlığın inkişafı cəmiyyətin vacib elementi hesab olunur, nəqliyyat və logistika sahəsində Azərbaycanın Azərbaycanın Asiya və Avropanı əlaqələndirməsi ölkənin əhəmiyyətini artrır və eyni zamanda informasiya mərkəzinə çevirmiş olur.

Açar sözlər: Azərbaycan, ağır sənaye, maşınqayırma, nəqliyyat və logistika, sahibkarlıq, informasiya texnologiyaları


Arzu Khalilzade

 Baku State University 

Doctor of Philosophy in History 

arzuxelilzade89@gmail.com


Economic Diversification Policy in the Republic of Azerbaijan (2003-2020)


Abstract

The development of industry in the Republic of Azerbaijan includes not only oil and gas production. In the studied years, certain practical steps were taken in other areas of industry, especially in the field of heavy industry and machine-building industry, transport and logistics, information and communication technologies, and the development of small and medium-sized enterprises was in the spotlight. In order to achieve strategic development in this area, the relevant orders of President Ilham Aliyev adopted concepts and action plans, defined specific goals and objectives. After the restoration of State independence, diversification of the economy, along with 


 

traditional economic sectors, the creation and development of industries that meet the challenges of the modern world were recognized as strategic tasks.

From this point of view, the work carried out in the direction of diversification of the economy in the Republic of Azerbaijan during 2003-2020, the documents and practical results adopted on the development of non-traditional industries were studied, and the causes of difficulties in this direction were analyzed.

In the article, the author analyzed the importance of development of small and medium-sized enterprises along with the development of the machine–building industry and the development of certain regions in the field of production of domestic cars, the establishment of separate factories and industries, state policy in this area, emerging problems, the location of Azerbaijan in the center of East–West, North–South transport corridors in the South Caucasus and its status as a coordinating state, have shown its advantages for Azerbaijan.

Keywords: Azerbaijan, heavy industry, mechanical engineering, transport and logistics, entrepreneurship, information technology




Baxış: 47