https://doi.org/10.36719/2706-6185/41/58-62
Cavid Abdullayev
Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutu
doktorant
javidnarimansoy@gmail.com
İşğaldan azad edilmiş ərazilərdə “ASAN xidmət”-in inkişafı perspektivləri
Xülasə
Bu məqalədə işğaldan azad edilmiş ərazilərdə "ASAN xidmət" mərkəzlərinin inkişaf perspektivləri, müasir innovativ xidmət yanaşmalarının tətbiqi, rəqəmsal həllərin istifadəsi və intellektual infrastrukturun qurulması məsələləri kompleks şəkildə araşdırılmışdır. Əsas diqqət dövlət xidmətlərinin elektronlaşması, vətəndaşların müraciət prosedurlarının sadələşdirilməsi və dövlət-vətəndaş münasibətlərində yeni standartların yaradılması üzərində cəmlənmişdir. Qarabağ regionunda ağıllı texnologiyalar, o cümlədən "Smart Parking", "Ağıllı tullantı qutuları", "Ağıllı işıq dirəkləri" və "İntellektual kamera" kimi həllərin tətbiqi nümunələri təhlil olunmuşdur. Elektron xidmətlərin əraziyə gətirilməsi prosesində səs və üz tanıma sistemləri, biometrik cihazlar və QR-kod oxuyucular kimi texnologiyaların istifadəsi ilə xidmətlərin daha çevik və əlçatan olması məsələsi vurğulanmışdır. Kommunal problemlərdən təhlükəsizlik məsələlərinə qədər müxtəlif sahələrdə bu yanaşmanın üstünlükləri və tətbiq perspektivləri qiymətləndirilmişdir. Məqalədə rəqəmsal texnologiyaların regional idarəetmənin təkmilləşdirilməsi və iqtisadi potensialın artırılması baxımından əhəmiyyəti müxtəlif nəzəri və praktik metodlardan istifadə edilməklə geniş izah edilmişdir. Nəticə olaraq, bu modellərin tətbiqi regionun dayanıqlı inkişafını təmin etməklə yanaşı, vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılması və dövlət xidmətlərinin optimallaşdırılmasına mühüm töhfə verir.
Açar sözlər: ASAN xidmət, işğaldan azad edilmiş ərazilər, intellektual infrastruktur, rəqəmsal texnologiyalar, smart xidmətlər
Javid Abdullayev
Institute of Economics of the Ministry of Science and Education
Ph. D. student
javidnarimansoy@gmail.com
Prospects For the Development of "ASAN Service" in the
Liberated Territories
Abstract
This article assessed the development prospects of "ASAN service" centers in the liberated territories, with significant emphasis on the application of modern innovative approaches to service delivery, the use of digital solutions, and establishing intelligent infrastructure. First of all, this means the digitalization of government services and simplification of citizen service procedures, setting new standards in government-citizen relations. It reviews the application of smart technologies in the Karabakh region, showing such solutions as "Smart Parking," "Smart Waste Bins," "Smart Light Poles", and "Intellectual Cameras". Special attention was paid to developing electronic services in the region through the use of such technologies as Voice and Facial Recognition System, biometric devices, and QR code scanners that make access to services outcomes more available and easy. It debates the advantages that this approach can bring in dealing with utility management problems, security, and other concerns, and its implementation prospects. The article has discussed the role of digital technologies in the improvement of regional governance and enhancement of economic potential in an extensive manner by applying variants of theoretical and practical methodologies. It is underlined that these models finally contribute to the sustainable
regional development, improvement of the quality of life of citizens, and optimization of government services.Keywords: ASAN service, territories liberated from occupation, intellectual infrastructure, digital technologies, smart services.