Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Rövşən Ramizoğlu
Səlcuq Universiteti (Konya, Türkiyə)
rovshan@selcuk.edu.tr

TƏRCÜMƏŞÜNASLIĞIN İKİ APARICI NƏZƏRİYYƏSİNİN – DİLÇİLİK VƏ ƏDƏBİYYATŞÜNASLIQ NƏZƏRİYYƏLƏRİNİN TƏHLİLİ

Açar sözlər: tərcümə nəzəriyyəsi, tərcümə modelləri, dilçilik, ədəbiyyatşünaslıq
Key words:translation theory, translation models, linguistics, literary criticism
Ключевые слова:теория перевода, модели перевода, лингвистика, литературоведение

Mədəniyyətin bir sahəsi kimi tərcümə haqqında danışarkən adətən ya tərcümə mətninin yaradılması prosesi, ya da bu prosesin nəticəsi nəzərdə tutulur. Son dövrlər tərcümə nəzəriyyəçiləri tərəfindən tərcümə prosesini öyrənən üç əsas model işlənib hazırlanıb.  Bunlar situativ, transformasiya və semantik modellərdir. Tanınmış rus tərcümə nəzəriyyəçisi V.N.Komissarov özünün “Müasir tərcüməşünaslıq” kitabında bu modelləri xüsusi şərh edərək situativ modelin tərcümə prosesini dil və gerçəkliyin əlaqələri ilə bağlı olan linqvistik konsepsiyaların tətbiqi vasitəsilə öyrəndiyini yazır. Bu modelə görə istənilən situasiya istənilən dil vasitəsi ilə ifadə oluna bilər. Hətta dildə gerçəkliyin hansısa elementlərini əks etdirmək üçün lazımi vasitələr çatışmırsa belə, yeni sözlər yaratmaq və ya artıq mövcud olan sözlərdən istifadə etməklə bu çatışmazlığı aradan qaldırmaq olar. 


Baxış: 1162