Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Sevinc İslam qızıƏhmədova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
sevincasger@gmail.com

AZƏRBAYCAN DİLİNDƏ DAD BİLDİRƏN SİFƏTLƏRİN SEMANTİK VƏ ÜSLUBİ XÜSUSİYYƏTLƏRİ

Açar sözlər: sifət, semantik təhlil, “dad” kateqoriyası, üslubi çalar
Key words: adjective, semantic analysis, the category of “taste”, stylistic features 
Ключевые слова: прилагательные, семантический анализ, категория «вкус», стилистические осо­бенности

İnsanın empirik duyğuları arasında xüsusi yeri olan dad duyğusu orqanizmin xarici qıcıqlardan müdafiə reaksiyalarında mühüm rol oynayır və böyük emosional-psixoloji əhəmiyyətə malikdir. Dad duyğuları hissi idrak səviyyəsi və gerçəkliyin müəyyən zaman kəsiyi barədə biliklərimizin mənbəyi olaraq müxtəlif elmlərin – tibb, psixologiya, fiziologiya və s. – tədqiqat predmeti kimi çıxış edir. Bu da həmin elmlərin verdiyi məlumatların  müvafiq dil hadisələrinin aydınlaşdırılması üçün linqvistik təhlil prosesində istifadə edilməsini nəzərdə tutur. XX yüzilliyin 70-ci illərində meydana çıxan koqnitiv psixologiya sahəsində,müasir psixoloji tədqiqatlarda insanın ətraf aləmi dərk etməsinin mexanizmlərini ortaya çıxarmaqda böyük işlər görüldü. Hər şeydən əvvəl, bu tədqiqatlarda ətraf aləmin insan tərəfindən qavranılmasında, o cümlədən qavrama anla­yışına bir sıra dəqiqləşdirmələr gətirildi. Duyğular təkcə ətraf mühit, daxili aləmimiz, bədənimiz haqqında biliklərimizin mənbəyi deyil, həm də hiss və emosiyalarımızın mənbəyidir.


Baxış: 2043