Arxiv
Elmi iş - 2024
Rauf Əhəd oğlu Şəmsizadə
Bakı Dövlət Unvesiteti
HÜQUQİ ŞƏXSLƏRİN CİNAYƏT MƏSULİYYƏTİ
Açar sözlər: hüquqi məsuliyyət, cinayət məsuliyyəti, hüquqi şəxslər, hüquqi şəxslərin cinayət məsuliyyəti
Key words: legal liability, criminal liability, legal entities, criminal liability of legal entities
Ключевые слова: юридическая ответственность, уголовная ответственность, юридические лица, уголовная ответственность юридических лиц
Hüquqi məsuliyyət bütün dünya ölkələrinin yurisprudensiyasında dövlətin hüquq sisteminin üzvü tərkib hissəsi qismində çıxış edir. Hüquqi məsuliyyət ictimai həyatda son dərəcə mühüm olan əlahiddə bir funk¬siyanı yerinə yetirir. O, ilk növbədə hüquqazidd (qeyri-əxlaqi) əməlləri zərərsizləşdirir, onları cəmiyyət üçün təhlükəli və təqsirli hesab etməklə rədd edir, eləcə də cəmiyyət həyatının hüquq sahələrində insanların hüquqauyğun (əxlaqi) hərəkət və davranışlarını stimullaşdıran və islahedici vasitə qismində çıxış edir.
Ümumi şərtləri adətən, fiziki (daha konkret desək, ictimai təhlükəli əməl törətmiş) şəxslərə tətbiq edilən, hüquqi məsuliyyətin tərkib hissəsi və əsas növlərindən biri olan cinayət məsuliyyəti fərdin qanunla müəyyən edilmiş yaş həddinə çatmasını, onun psixi cəhətdən sağlam olmasını tələb edir. Azərbaycan Respublikası Cinayət məcəlləsinin (AR CM) 19-cu maddəsinə uyğun olaraq bu Məcəllə ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı cinayət məsuliyyətinə cəlb edilir.

Baxış: 1332