Arxiv
Elmi iş - 2024
Aynur Oktay qızı Səfərzadə
Azərbaycan, Bakı şəhəri
CİNAYƏTDƏ İŞTİRAKÇILIĞIN SUBYEKTİV ƏLAMƏTLƏRİ
Açar sözlər: təqsir, iştirakçılıq, subyektiv cəhət, qanun, məsuliyyət
Key words: guilt, participation, subjective aspect, law, responsibility
Ключевые слова: виновность, соучастие, субъективный аспект, закон, ответственность
İştirakçılıqla törədilən cinayətlər öz xarakteri baxımından daha təhlükəli olur. Uzun müddət hüquqi doktrinada iştirakcılığın subyektiv cəhəti mübahisə predmeti olmuşdur. Belə ki, bir sıra müəlliflər ehtiyatsızlıqdan törədilən cinayətlərdə də iştirakçılığın mümkün ola biləcəyini qeyd edirdilər. Lakin son dövrlər demək olar ki, bu mövzuda vahid fikir formalaşmıdır. Əksər ölkələrin qanunvericiliyində, eləcə də hüquqi doktrinada iştirakçılığın yalnız qəsdən törədilən əməllərdə mövcudluğu öz əksini tapmışdır. Hazırda Respublikamızın Cinayət qanunvericiliyində də bu mövqe öz əksini tapmışdır.
Baxış: 1280