Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Leyla Telman qızı Məmmədova
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilk Akademiyası
leyla_mamedova.64@mail.ru

STRATEJİ YOL XƏRİTƏSİNİN REGİONAL İNKİŞAFA TƏSİRİ

Açar sözlər: region, inkişaf, strateji yol xəritəsi, iqtisadiyyat.
Key words: region, development, strategic roadmap, economy.
Ключевые cлова: регион, развитие, стратегическая дорожная карта, экономика.

Bazar iqtisadiyyatı sistemində iqtisadi artımın tənzimlənməsi qarşıda duran mühüm məqsədlərdəndir. Davamlı iqtisadiyyatı təmin etmək məqsədi ilə səhmləşdirmək və özəlləşdirmək kifayət etmir. İqtisadi inkişafı təmin etmək məqsədi ilə ölkə regionlarında mövcud olan təbii resurslardan səmərəli şəkildə istifadə etmək, regionlarda iqtisadi inkişafa nail olmaq mühüm şərtdir. Ölkə iqtisadiyyatını beynəlxalq dərcədə iqtisadi inkişaf səviyyəsinə çatdırmaq məqsədi ilə yuxarıda qeyd olunanlarla birgə sahə və regional dövlət siyasəti, dolayı və birbaşa dövlət müdaxiləsi tələb edilir. İqtisadçıların bir çoxu keçid dövrünün iqti­sa­diyyatını analiz edərək belə bir nəticəyə gəlmişlər ki, bu dövrdə ölkənin rolu nəzərdə tutulandan çox daha da genişdir. Ölkəmizdə iqtisadiyyatın inkişafı müstəqillik əldə olunduğu illərdə neft sektorundan asılı formada olmuş, təkistiqamətli iqtisadi inkişaf ilə əlaqədar regionlar arası disproporsiyalar çoxalmış, paytaxt ərazisinə işçi qüvvəsinin axını baş vermişdir. Bu cür şəraitdə ölkədə regionlarda iqtisadi inkişafa nail olmaq məqsədilə tədbirlər görülməsi dövlətin əsas vəzifələrindən birinə çevrilmişdir.


Baxış: 967