Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Elza Xanış qızı Məhərrəmova
Sumqayıt Dövlət Universiteti
elza.m59@mail.ru

TƏLİM METODLARI VƏ TEXNOLOGİYALARINA YENİ BAXIŞ

Açar sözlər: metod, texnologiya, şagird, müəllim, fənn
Key words: method, texnology, student, teacher, subject
Kлючавые словаметод, технология, ученик, учитель, предмет

Ölkənin siyasi, iqtisadi inkişafı, xalqın tərəqqisi, maddi rifahının yüksəlməsi onun maddi sərvətləri və təbii ehtiyatları ilə deyil, daha çox malik olduğu yüksək elmi potensial və qabaqcıl texnologiyalarla şərtlənir. Təbii sərvətlərlə müqayisədə yüksək  texnoloji avadanlıqlar dünya bazarında daha yüksək qiymətləndirilir və zaman keçdikcə təkmilləşir, inkişaf edir. Cəmiyyətin gələcək tərəqqisi onun istedad və yaradıcılıq potensialı ilə birbaşa bağlıdır. Müasir dövrdə xüsusi istedada malik olan şəxslərə tələb çox böyükdür. Bu dövrü səciyyələndirən yüksək texnologiyalar və elmi – texniki tərəqqi insanların intellektual və yaradıcılıq qabiliy­yətlərinə mühüm tələblər irəli sürür. Yaradıcı şəxslərdən indi daha çox düzgün təhlil etmək, ümumiləşdirmə aparmaq, təsnif etmək, nəticə çıxarmaq, vaxtında və düzgün qərar qəbul etmək, proqnozlaşdırmaq kimi qabi­liyyət və bacarıqlar tələb olunur.Müasir dövrdə  Azərbaycan təhsil  sisteminin yenidən qurulması, müasir­ləş­­­dirilməsi və bu prosesdə yeni texnologiyalardan istifadə olunması  vacib  məsələlərdən   biridir.


Baxış: 979