Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Oktay Etibar oğlu Əhmədov
Bakı Dövlət Universiteti

XOCALI SOYQIRIMI: CİNAYƏT HÜQUQİ TƏHLİLİ

Açar sözlər: Xocalı soyqırımı, beynəlxalq cinayət hüququ, siyasət, soyqırım cinayəti, qətliam, faciə 
Key words: Khojali genocide, international criminal law, politics, genocide, massacre, tragedy
Ключевые слова: Ходжалинский геноцид, международное уголовное право, политика, геноцид, резня, трагедия

Giriş
Bir çox dünya xalqlarının tarixində olduğu kimi soyqırımı siyasəti Azərbaycan tarixinin də ən qanlı səhifələrini təşkil etmişdir.  Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Xolokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. Bu faciə iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.
1.1. Xocalı soyqırımı: Səbəbləri, nəticələri. 
Xocalı- Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, Ağdam, Şuşa, Xankəndi, Əsgəran yolları üzərində yerləşən və Qarabağ üçün əhəmiyyətli strateji mövqeyə sahib bir bölgədir. Onun soyqırımdan əvvəlki əhalisi 7 mindən çox idi. Bu rəqəm bəzi qaynaqlarda hətta 10 min olaraq göstərilmişdir. Bölgədə Azərbaycan türk­ləri ilə yanaşı Ahıska Türkləri də yaşayırdı.  Dağlıq Qarabağ bölgəsinin əhəmiyyətli nöqtələrindən biri olan Xocalı Mahalı, ermənilər üçün də əhəmiyyətli bir hərbi hədəf xarakteri daşımaqda idi. Həmçinin bölgənin tək havalimanı Xocalıda yerləşirdi.


Baxış: 884