Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Səkinə Həbib qızı Vəliyeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti 

II SƏVİYYƏLİ UNİL UŞAQLARDA RABİTƏLİ NİTQİN
FORMALAŞMASI VƏ İNKİŞAFI XÜSUSİYYƏTLƏRİ

Açar sözlər: nitq, nitqin ümumi inkişafdan qalması,rabitəli nitq ,qrammatika, loqopedik iş 
Key words: speech, retention of speech from general development, communicative speech,grammar, speech therapy work 
Ключевые слова: речь,отставание речи от общего разития,коммуникативная речь, грамматика, логопедическая работа  

Nitqin ümumi inkişafdan qalması, nitq sisteminin bütün komponentlərinin: fonetik, leksik və qrammatik formalaşmasında davamlı ləngimənin olduğu bir nitq patologiyasıdır. UNİL olan uşaqların müstəqil nitqinin inkişafı, rabitəli nitqin leksik, qrammatik və fonetik formalarının yanaşmasında qarşıya çıxan çətinliklərlə əlaqədardır. Bura  daxildir:
  • sözlərin leksik əvəzlənməsində olan çətinliklər;
  • müxtəlif növ isimlərdən sifətlərin düzəldilməsi və hərəkətləri düzgün ifadə edən fellərin seçilməsində çətinliklər;
  • sifətlərin isimlərlə, sayların - isimlərlə uzlaşdırılmasında ortaya çıxan aqramatizmlər;
- tələffüz zamanı ortaya çıxan çatışmazlıqlar (səs səhv salındıqda, başqa səslə dəyişdirildikdə, yalnış   səsləndirildikdə).
 Bir səviyyədən digərinə keçid yeni nitq imkanlarının ortaya çıxması, nitq fəaliyyətinin artması və onun məzmununun dəyişilməsi ilə müəyyən edilir.Bir uşağın fərdi inkişaf səviyyəsi, ilkin qüsurun ağırlığı və forması ilə müəyyən edilir. UNİL-nin ən tipik və davamlı təzahürləri ən çox alaliya, dizartiya, daha az rinolaliya və kəkələmə də müşahidə olunur.




Baxış: 1238