Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Firəngiz Tərlan qızı Heybətova
Azərbaycan Dövlət İqtisad Universiteti 
f.heybetova@mail.ru

AZƏRBAYCANDA TİBBİ SIĞORTANIN MÖVCUD VƏZİYYƏTİ

Аçаr sözlər: sığorta, tibbi sığorta, icbari tibbi sığorta
Key words: insurance, health insurance, compulsory health insurance
Ключевые слова: страхование, медицинское страхование, обязательное медицинское страхование

Giriş
Dünya praktikası göstərir ki, icbari tibbi sığorta sistemləri əhalinin tibbi xidmətlə ümumi əhatəsini təmin edir. Müxtəlif ölkələrdə icbari tibbi sığortanın həyata keçirilməsinin və fəaliyyət göstərməsinin məqsədlərindən asılı olmayaraq, icbari tibbi sığorta sisteminin davamlılığı və effektivliyini təmin edən ümumi fəaliyyət mexanizmləri və inkişaf meylləri mövcuddur.
İcbari tibbi sığorta fondları, bütün sosial tərəfdaşların nəzarət şuraları və ya digər qurumlar vasitəsilə idarəetmədə yüksək dərəcədə iştirakı ilə yüksək səviyyəli muxtariyyət səviyyəsinə malikdir.
İcbari tibbi sığorta sisteminin müxtəlif elementlərinin fəaliyyətinin özünü tənzimləməsi üçün qanunla müəyyən edilmiş mexanizmlər mövcuddur: idarəetmə orqanlarının formalaşdırılması, tariflərin təyin edilməsi, texnoloji qiymətləndirmə, tibb işçilərinin ixtisaslarının tanınması, tibb işçilərinin akkreditasiyası və s. Bu baxımdan, tibbi sığortanın  mövcud vəziyyətinin öyrənilməsi aktuallıq kəsb edir.

Təhlillər
2019-cu il Azərbaycanda genişmiqyaslı islahatlar, ilk növbədə sosial islahatlar ilinə çevrildi. Prezident İlham Əliyevin sərəncam paketləri milyonlarla vətəndaşımıza təsir etdi: maaşlar, pensiyalar, müxtəlif sosial müavinətlər dəfələrlə artdı. Tezliklə ölkənin səhiyyə sektorunda əsaslı bir dəyişiklik olacaqdır. Bu gün ən müasir və axtarılan sosial hadisələrdən birinin - icbari tibbi sığortanın son icrası üçün hazırlıqlar aparılır. Bu proqram sanki ölkənin hər bir vətəndaşını əhatə edəcəkdir [5].
İcbari tibbi sığorta dünyanın çox ölkəsində çoxdan adi hal alıb. 2020-ci ilin yanvarından bu mütərəqqi sığorta sistemi Azərbaycanda tətbiq olunmağa başlayacaq.


Baxış: 695