Arxiv
Elmi iş - 2024
Məleykəxanım Firdovsi qızı Rəhimli
Azərbaycan Dövlət İqtisad Universiteti
rahimli96@inbox.ru
DÜNYADA İCBARİ SIĞORTANIN ƏSAS XÜSUSİYYƏTLƏRİ
Açar sözlər: sığorta, icbari sığorta, icbari tibbi sığorta
Keywords: insurance, compulsory insurance, compulsory medical insurance
Ключевые слова: страхование, обязательное страхование, обязательное медицинское страхование
Giriş
Dövlətdəki rifah sisteminin elementlərindən biri də sığortadır. Sığorta əhali, müəssisələr arasında mənfi hadisələr baş verdikdə maliyyə amortizatoru kimi çıxış edir, cəmiyyətin, o cümlədən maliyyə qurumlarının sosial, maliyyə və iqtisadi sistemlərinin sabitliyini təmin edir.
Müasir şəraitdə dövlət sığorta siyasətinə müxtəlif iqtisadi və sosial hədəflərə çatmağı bacaran, müvafiq qanunlar qəbul edərək onların icrasına nəzarət etməklə milli sistemlərin inkişafını təmin edə bilən çox məqsədli maliyyə aləti kimi baxmaq olar.
Könüllü sığorta xidmətlərinə mövcud ödəməqabiliyyəti tələbinin aşağı olması ilə məcmu sığorta haqlarının ən böyük artımını əhalinin potensial risk qruplarının, hüquqi şəxslərin sığorta təminatını yaratmağa, habelə dəymiş ziyana görə dövlət xərclərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verən icbari sığorta təmin edir.
Baxış: 723