Arxiv
Təbiət və elm 2024
Flora Şura qızı Tağıyeva
Azərbaycan Tibb Universiteti
tibb üzrə fəlsəfə doktoru, dosent
flora-tagiyeva@mail.ru
Xatirə Həşim qızı Cəfərova
Azərbaycan Tibb Universiteti
tibb üzrə fəlsəfə doktoru, dosent
khatira.cafarova@mail.ru
Baxşəli Əbülfəz oğlu Vəliyev
Azərbaycan Tibb Universiteti
tibb üzrə fəlsəfə doktoru, assistent
Rafail Həzi oğlu Musayev
Azərbaycan Tibb Universiteti
assistent
MÜASİR DÖVRDƏ QEYRİ-İNFEKSİON XƏSTƏLİKLƏRLƏ
MÜBARİZƏNİN AKTUALLIĞI
Xülasə
Qeyri-infeksion xəstəliklər (QİX), həmçinin xronik xəstəliklər kimi məlum olan xəstəliklərin əsas növlərinə ürək-damar xəstəlikləri (məsələn, infarkt və insult), xərçəng xəstəlikləri, xronik respirator xəstəliklər (məsələn, ağciyərlərin xronik obstruktiv xəstəlikləri və astma) və diabet aid edilir. Somatik sayılan xəstəliklərin sırasına bir sıra xronik sürən degenerativ somatik xəstəlikləri, məsələn, qan dövranı və tənəffüs yolları, mədə-bağırsaq və sinir-psixi, onkoloji xəstəliklər də daxildir ki, onlar ölümün səbəbinə görə birinci yerə çıxmışlar. Bütün dünya üzrə ölüm hadisələrinin 3/4-dən çox hissəsi QİX-nin payına düşür.
QİX-nin yaranmasında bir çox risk amilləri iştirak edir ki, onların arasında tütündən istifadə, fiziki aktivliyin olmaması, qeyri-sağlam qidalanma və alkoqolun zərərli şəkildə istifadəsini göstərmək lazımdır. Bu risk amilləri ilə yanaşı, həmçinin metabolik risk amilləri xüsusi əhəmiyyət daşıyırlar. Bütün dünyada QİX-dən baş verən ölümün birinci metabolik risk amili - yüksəlmiş qan təzyiqi sayılır, belə ki, dünya üzrə bütün ölüm hadisələrinin 19%-i onlarla bağlıdır. Daha sonra izafi bədən çəkisi, piylənmə və qanda qlükozanın miqdarının yüksəlməsi gəlir. Bütün bunlar QİX-nin geniş yayımasını və onlarla mübarizənin aktuallığını göstərir.
Açar sözlər:Qeyri-infeksion xəstəliklər, epidemiologiya, ölüm, somatik amillər
Baxış: 544