Arxiv
Təbiət və elm 2024 Təbiət və elm 2023 Təbiət və elm 2022 Təbiət və elm 2021 Təbiət və elm 2020 Təbiət və elm 2019

DOI: https://doi.org/10.36719/2707-1146/39/20-26

Sevinc Mərdanova

V.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu

biologiya üzrə fəlsəfə doktoru

sevmar72@mail.ru

Nəzrin Məcidova

V.Axundov adına Elmi - Tədqiqat Tibbi Profilaktika İnstitutu

nazmjdm@gmail.com

Telli Şirinova

V.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu

telli_shirinova@mail.ru


MÜASİR TƏBABƏTDƏ KOİNFEKSİYA


Xülasə

Müasir dünyada koinfeksiyalar təkcə geniş yayılmasına görə deyil, həm də onların kliniki qiymətləndirilməsinə, müalicə və profilaktikasına etibarlı metodoloji yanaşmanın hələ formalaşmadığına görə getdikcə daha çox tibbi-sosial əhəmiyyət kəsb edir. Belə metodoloji yanaşmanın əsasında patogen mikroorqanizmlərin bir-biri ilə birbaşa və ya immun sisteminin vasitəçiliyi ilə qarşılıqlı təsir mexanizmləri haqqında biliklər durmalıdır. Koinfeksiya zamanı ən çox rast gəlinən patogenlər bakteriya və viruslardır və onların birləşməsi yalnız infeksiya prosesin daha ağır gedişatına səbəb olmur, həm də onun ağırlaşmalarının və letal nəticələrin tezliyini əhəmiyyətli dərəcədə artırır. Bu icmalda pespirator infeksiyalar, şiş prosesləri, insan immunçatışmazlığı virusunun assosiantlarının timsalında onların yüksək rəngarəngliyini göstərən bakterial-virus koinfeksiyalarda patogenlərin qarşılıqlı təsir formaları nəzərdən keçirilir. Koinfeksiyaedici agentlərin qarşılıqlı təsirlər mexanizmləri arasında virusların bakteriyaların toksin əmələ gəlməsinə, bakteriyaların isə virusların yoluxuculuğuna təsirinə xüsusi diqqət yetirilir. Koinfeksiyaedici mikroorqanizmlər epitelial maneəni birlikdə dəf etməyə kömək edir, immun sisteminin hüceyrələrinin funksiyalarını qarşılıqlı faydalı şəkildə modifikasiya edə və bu patogenlərin immun cavabından qaçmasına səbəb ola bilir. Müəyyən edilmişdir ki, bir sıra onkogen virusların və HİV-in genlərinin ekspressiyası bakteriyaların yaratdığı epigenom dəyişikliklərlə tənzimlənir ki, bu da kanserogen təsirə səbəb olur. Göstərilmişdir ki, koinfeksiya zamanı bakterial-virus qarşılıqlı təsirlərin müxtəlifliyi nəinki onların vaxtında tanınması və nəzarət edilməsi üçün yeni yanaşmalar tələb edir, həm də koinfeksiya ilə mübarizənin yeni biotexnologiyalarını və strategiyalarını yaradır ki, onların da inkişaf etdirilməsinə bütün dünyada böyük diqqət yetirilir. 

Açar sözlər: koinfeksiya, opportunist infeksiyalar, staphylococcus aureus, immun sistem


Sevinj Mardanova

Scientific Researh Institute of Medical Prophylaxis named V.Akhundov

PhD in biology

sevmar72@mail.ru

Nazrin Majidova

Scientific Researh Institute of Medical Prophylaxis named V.Akhundov

nazmjdm@gmail.com

Telli Shirinova

Scientific Researh Institute of Medical Prophylaxis named V.Akhundov

telli_shirinova@mail.ru





Coinfection in modern medicine


Abstract

In the modern world, co-infections are becoming more and more medical and social important not only because of their widespread distribution, but also because a reliable methodological approach to their clinical evaluation, treatment and prevention has not yet been formed. Such a methodological approach should be based on knowledge about the mechanisms of interaction of pathogenic microorganisms with each other directly and through the mediation of the immune system. The most common pathogens during co-infection are bacteria and viruses, and their combination not only leads to a more severe course of the infection process, but also significantly increases the frequency of its complications and lethal outcomes. In this review, the forms of interaction of pathogens in bacterial-viral coinfections, which show their high diversity, are considered in the example of respiratory infections, tumor processes, human immunodeficiency virus associates. 

Among the mechanisms of interaction of co-infectious agents, special attention is paid to the effect of viruses on the toxin production of bacteria, and the effect of bacteria on the infectivity of viruses. Coinfecting microorganisms help to cross the epithelial barrier together, can modify the functions of cells of the immune system in a mutually beneficial way and cause these pathogens to evade the immune response. It has been found that gene expression of a number of oncogenic viruses and HIV is regulated by bacteria-induced epigenomic changes, leading to carcinogenic effects. It has been shown that the diversity of bacterial-viral interactions during coinfection not only requires new approaches for their timely recognition and control, but also creates new biotechnologies and strategies for combating coinfection, which are receiving great attention worldwide.

Keywords: coinfection, opportunistic infections, staphylococcus aureus, immune system




Baxış: 220