Arxiv
Təbiət və elm 2024 Təbiət və elm 2023 Təbiət və elm 2022 Təbiət və elm 2021 Təbiət və elm 2020 Təbiət və elm 2019

DOI: https://doi.org/10.36719/2707-1146/41/21-24

Asya Şahverdiyeva 

Azərbaycan Dövlət Pedaqoji Universiteti

kimya üzrə fəlsəfə doktoru

asya21-89@mail.ru


SİS-9-OKTADETSEN VƏ OKTADEKAN TURŞULARININ TRİETANOLAMİNLƏ ƏMƏLƏ GƏTİRDİYİ DÖRDLÜ AMMONİUM DUZLARININ MÜQAYİSƏLİ TƏDQİQİ


Xülasə

Təqdim olunan tezisdə sis 9-oktadetsen və oktadekan turşusunun trietanolaminlə (TEA) əmələ gətirdiyi dördlü ammonium duzlarının müxtəlif fiziki göstəriciləri müəyyən edilmiş, quruluşları İQ- spektroskopiya vasitəsilə identifikasiya edilmişdir. Bu maddənin səthi-aktiv xassəsi tenziometr vasitəsilə su-hava sərhədində reagentin müxtəlif qatılıqlı məhlullarından istifadə etməklə yoxlanılmışdır. 

Həmçinin alınmış maddənin müxtəlif qatılıqlı sulu məhlullarının xüsusi elektrik keçiriciliyi konduktometr vasitəsilə tədqiq edilmişdir. Sintez edilmiş  maddənin neftyığma və neftdispersləmə qabiliyyəti müxtəlif minerallaşma dərəcəsinə malik suların səthində öyrənilmiş, yığıcılıq və neftdispersləyicilik qabiliyyətləri tədqiq edilmişdir. Neftyığma və neftdispersləmə qabiliyyətinə neft  təbəqəsinin qalınlığının, suyun codluğunun, suda olan ionların, neftin sıxlığının və karbohidrogen  zəncirinin uzunluğunun və s. amillərin təsiri öyrənilmişdir. Sis 9-oktadetsen və oktadekan turşularının trietanolaminlə əmələ gətirdikləri dördlü ammonium duzlarının xassələrinin müqayisəli tədqiqi göstərir ki, oktadekan turşusunun TEA ilə əmələ gətirdiyi dördlü ammonium duzu sis 9-oktadetsenın TEA ilə əmələ gətirdiyi dördlü ammonium duzundan daha çox səthi aktivlik xassəsi göstərir, hər iki duz antimikrob xassəsi, yüksək elektrik keçiriçilik xassəsi, yaxşı neftyığıcı reagent xassəsinə malikdir.

Açar sözlər: neftyığma, neftdispersləmə, səthi gərilmə, səthi aktiv maddə, turşu


Asya Shahverdiyeva 

Azerbaijan State Pedagogical University

PhD in chemistry

asya21-89@mail.ru


Comparative study of quaternary ammonium salts formed by cis-9-octadecene and ocradecanoic acids with triethanolamine


Abstract

In the presented thesis, various physical indicators of quaternary ammonium salts formed by cis-9-octadecene and octadecanoic acid with triethanolamine (TEA) were determined, and their structures were identified by IR spectroscopy. The surface-active property of this substance was checked by tensiometer using solutions of different concentration of the reagent at the water-air boundary. 

Also, the specific electrical conductivity of aqueous solutions of the obtained substance with different concentrations was studied using a conductometer. The oil-accumulating and oil-dispersing ability of the synthesized substance was studied on the surface of waters with different levels of mineralization, and the oil-accumulating and oil-dispersing abilities were studied. Oil accumulation and oil dispersing ability depends on oil layer thickness, water hardness, ions in water, oil density and hydrocarbon chain length, etc. the influence of factors has been studied. A comparative study of the properties of quaternary ammonium salts formed by cis 9-octadecene and octadecenoic acids with triethanolamine shows that the quaternary ammonium salt formed by octadecanoic acid with TEA shows greater surface activity properties than the quaternary ammonium salt formed by cis 9-octadecene with TEA, both salts are antimicrobial property, high electrical conductivity property, good oil collecting reagent property.

Keywords: oil collection, oil dispersion, surface tension, surfactant, acid


Baxış: 238