Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

https://doi.org/10.36719/2706-6185/45/53-57

Oktay Rzayev

Naxçıvan Müəllimlər İnstitutu

https://orcid.org/0009-0007-6377-255X

oktay_rzayev@mail.ru

 

1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasına

edilən həmlələr

 

Xülasə

Məqalədə müstəqil Azərbaycan dövləti yaratmaq şüarı altında milli azadlıq hərəkatının güclənməkdə olduğu göstərilmişdi. Bu dövrdə Zaqafqaziyada hərbi-siyasi vəziyyətin son dərəcə kəskinləşdiyi qeyd edilmişdi. Zaqafqaziyada hərbi-siyasi vəziyyət son dərəcə kəskinləşmişdi. Sovet hakimiyyətinə qarşı mübarizədə əksinqilab öz qüvvələrini birləşdirmişdi. 1917-ci ilin noyabrında gürcü menşeviklərinin, daşnakların, musavatçıların, eserlərin nümayəndələri Tiflisdə öz diyar hakimiyyət orqanlarını - Zaqafqaziya Komissarlığını təşkil etdilər

1918-ci ilin fevral ayında Tiflisdə 4 deputat qrupundan ibarət “Zaqafqaziya Seymi” yaradıldı və aprel ayında isə Zaqafqaziyanı “Müstəqil federativ respublika” elan etdilər. Sonra Azərbaycanda və qonşu ölkələrdə respublika elan edilməsi barədə qərarlar verildi. Bundan sonra bir sıra şəhər və qəsəbələrin adları dəyişdirilib azərbaycanlaşdırıldı, məsələn: Yelizavetpol-Gəncə və s. kimi məsələ­lər məqalədə öz əksini tapmışdır.

Ciddi maliyyə çətinliklərinə baxmayaraq Azərbaycan Demokratik Respublikası höküməti univer­sitetin təşkilinə, avadanlıqların alınmasına 5 milyon manat ayırdı, aşağı milli siniflər, yəni orta məktəblər üçün müəllim kadrları hazırlamaq məqsədi ilə Bakıda, Gəncədə, Nuxada, Şuşada, Qazax­da, Salyanda, Qusarda, Zaqatalada xüsusi kurslar təşkil edildi. 1919-cu ilin noyabrında Bakı univer­sitetinin, yəni respublikanın ilk ali təhsil müəssisəsinin açılması Azərbaycan tarixində mühüm hadisə oldu. Onun ilk rektoru rus alimi, professor V.İ.Razumovski olmuşdur. Universitetin yaranmasında Azərbaycan Demokratik Respublikasının nazirlər şurasının sədri F.X.Xoyski, N.Yusifxanov, xalq təhsil naziri R.Qaplanov, onun müavini H.Şaxtaxtinski və əlbəttə ki, əsas səbəbkarlardan biri də M.Ə.Rəsulzadə olmuşdur.  

Açar sözlər: Müstəqil Azərbaycan dövləti, hərbi-siyasi vəziyyət, müstəqil federativ respublika, vətəndaş müharibəsi, milli şura, Dağlıq Qarabağ, Tiflis konfransı, Zaqafqaziya seymi, Bakı kommunası


Baxış: 90