DOI: https://doi.org/10.36719/2706-6185/46/15-18
Amənə Kərbalayeva
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu
tarix üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0001-8397-561X
kerbalayeva-amin@mail.ru
90-cı illərdə məktəbəqədər təhsil sahəsində problemlər
Xülasə
“Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.”
(Heydər Əliyev)
Müstəqilliyin ilk illərində məktəbəqədər təhsil sisteminin vəziyyəti istər ölkənin mövcud iqtisadi inkişaf səviyyəsi, istərsə də sosial sahədə, o cümlədən əhalinin rifah halının yüksəldilməsində qarşıya qoyulan perspektiv məqsədlər baxımından qənaətbəxş hesab edilə bilməzdi. Reallıq belə idi ki, uzun müddət ərzində məktəbəqədər təhsil sistemində diqqətçəkən irəliləyişə nail olunmamış, bu sahənin inkişafına əngəl törədən problemlərin həllinə istiqamətlənmiş addımlar atılmamışdı. Mövcud olan təşkilati, hüquqi və iqtisadi mexanizmlər məktəbəqədər təhsil müəssisələrinin yeni şəraitə və bazar iqtisadiyyatının prinsiplərinə uyğun yetərincə səmərəli fəaliyyətini hələ ki, tam təmin edə bilmirdi.
Açar sözlər: Azərbaycan, təhsil, məktəbəqədər, Azərbaycan Respublikasının “Təhsil Qanunu”, təhsil sahəsində islahatlar