DOI: https://doi.org/10.36719/2789-6919/57/19-26
Bircə Bayramova
Bakı Dövlət Universiteti
tarix üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0002-9427-6333
birjabayramova@bsu.edu.az
Anar Allahverdi
İdrak liseyi
https://orcid.org/0009-0006-0947-612X
anar.allahverdi@bsu.edu.az
ABŞ ilə Azərbaycan arasında enerji sahəsində iqtisadi əlaqələr onların geosiyasi tərəfdaşlığına nə dərəcədə təsir göstərmişdir?
Xülasə
ABŞ–Azərbaycan iqtisadi münasibətləri müstəqillik dövründən etibarən Cənubi Qafqazın geosiyasi və enerji arxitekturasının əsas sütunlarından birinə çevrilmişdir. Son dövrlərdə regional kommunikasiya layihələrinin aktuallaşması, xüsusilə Zəngəzur Dəhlizi məsələsi ABŞ–Azərbaycan iqtisadi münasibətlərinə yeni strateji ölçü qazandırmışdır. Bu dəhliz Şərq–Qərb nəqliyyat marşrutlarının genişlənməsi, ticarət axınlarının sürətlənməsi və regionun logistika potensialının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. ABŞ tərəfindən dəstəklənən regional inteqrasiya təşəbbüsləri çərçivəsində bu layihə yalnız iqtisadi deyil, həm də geosiyasi sabitliyin möhkəmləndirilməsi vasitəsi kimi qiymətləndirilir.
Tədqiqat işinin qarşısında qoyulan vəzifə: müstəqilliyini bərpa edən Azərbaycanın enerji sahəsində ABŞ ilə formalaşan münasibətlərini araşdırmaq, mühüm məqamları üzə çıxarmaq, ikitərəfli iqtisadi əlaqələrin müqayisəli şəkildə təhlilini aparmaqdır. Bu münasibətlərin tarixən inkişaf trayektoriyasını və siyasi-iqtisadi kontekstini nəzərə alınmaqla tədqiqat işi mühüm strateji məqamları önə çıxarır. İkitərəfli əlaqələrin xüsusiyyətləri, qarşılıqlı əməkdaşlıq sahələri və iqtisadi əlaqələrin müqayisəli təhlili aparılaraq qarşılıqlı fayda və çətinliklər (907-ci düzəliş) elmi əsaslarla qiymətləndirilir. Tədqiqat işi Əsrin Müqaviləsindən sonra 2004-cü ilə qədər olan dövrü əhatə edir ki, bu da ABŞ-Azərbaycan münasibətlərinin müstəqillik dövründəki məhz dönüş nöqtələrini, enerji siyasətindəki inkişafları və regional geosiyasi proseslərlə bağlı qarşılıqlı əlaqələri əhatəli şəkildə təqdim edir. Tədqiqat işində Xarici İşlər Nazirliyinin arxiv materiallarından, həmçinin, müxtəlif mənbələrdən istifadə olunmuşdur.
Açar sözlər: 907-ci düzəliş, iqtisadi sahədə əlaqələr, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri, ABŞ-ın mövqeyi, strateji tərəfdaşlıq, enerji sahəsində ABŞ-Azərbaycan əlaqələri