DOI: https://doi.org/10.36719/2789-6919/44/189-192
Aybəniz Hüseynova
Azərbaycan Dövlət Aqrar Universiteti
https://orcid.org/0009-0009-6879-578X
aybenizhuseynova020@gmail.com
Rəna Süleymanova
Azərbaycan Dövlət Aqrar Universiteti
https://orcid.org/0009-0009-3672-6683
rena.suleymanova.82@mail.ru
Ağ tut bitkisinin (Morus Alba) xüsusiyyətləri və əhəmiyyəti
Xülasə
Bu növlərin yerüstü orqanlarından istifadə edilməsi baxımından tayı bərabəri olmayan tut bitkisindən qida kimi xalq təbabətində və təbii ipək alınmasında geniş istifadə olunur.
Azərbaycan Dövlət Aqrar Universitetinin təcrübə bazasında və laboratoriya şəraitində toplanan yerli tut sortlarının üzərində tədqiqat işi aparılmışdır. Həmin formalar və poliploid tut sortları üzərində fenoloji müşahidələr aparılmış və onların bioloji xüsusiyyətləri öyrənilmişdir.
Tut bitkisinin bir çox növarası hibridlərinə mənsub olan çoxlu meyvəlik, yemlik, sort və formaları öyrənilmişdir.Tut sortu və formalarının ölçüləri və şəkərliliyinin tədqiqi öyrənilmişdir.
Açar sözlər: Ağ tut, sort, əhəmiyyət, formaların təsviri, genofond