DOI: https://doi.org/10.36719/2706-6185/63/7-12
Ağasadıq Gəraybəyli obrazlarının
ədəbi-linqvistik-estetik semantikası
Natəvan Hacıyeva1 , Sevda Novruzəliyeva1*
Xülasə. Bu məqalədə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Ağasadıq Gəraybəylinin yaratdığı obrazların ədəbi-linqvistik-estetik semantikası tədqiq edilir. Araşdırmanın məqsədi aktyorun müxtəlif janrlı obrazlarında bədii mətn, nitq mədəniyyəti, dil üslubu və estetik ifadə vasitələrinin qarşılıqlı əlaqəsini müəyyənləşdirməkdir. Tədqiqat zamanı obrazların məna yükü, leksik-semantik xüsusiyyətləri, milli-mədəni dəyərlərin ifadəsi, personajların psixoloji səciyyəsi və aktyor ifasının bədii-estetik funksiyaları müqayisəli və analitik metodlarla təhlil olunur. Məqalədə Ağasadıq Gəraybəylinin yaratdığı obrazların Azərbaycan milli aktyorluq məktəbinin inkişafında mühüm yer tutduğu, onların dil, ədəbiyyat və teatr sənətinin vəhdətini əks etdirdiyi əsaslandırılır. Tədqiqatın nəticələri göstərir ki, aktyorun obrazları yüksək estetik dəyərə malik olmaqla yanaşı, milli-mənəvi kimliyin, bədii təfəkkürün və dil mədəniyyətinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından da mühüm elmi və mədəni əhəmiyyət daşıyır.
Açar sözlər: Ağasadıq Gəraybəyli, obraz semantikası, ədəbi-linqvistik təhlil, estetik semantika, nitq mədəniyyəti