DOI: https://doi.org/10.36719/2789-6919/44/209-213
Eşqin Alıyev
Odlar Yurdu Universiteti
magistrant
https://orcid.org/0009-0002-4937-2238
eshginaliyev57@gmail.com
Ağıllı ev və istifadə olunan İoT texnologiyaları
Xülasə
Ağıllı ev anlayışı əvvəllər əsasən ətraf mühit sistemlərinin mərkəzləşdirilmiş və yarı-avtomatlaşdırılmış idarə olunmasını ifadə edirdisə, İnternet əşyaları (IoT-Internet of Things) internet xidmətlərinin əhatə dairəsinin genişlənməsi deməkdir. IoT-nin tətbiq sahələri sürətlə artır və bu mühitdə yeni texnologiyalardan istifadə genişlənməkdədir. Bu texnologiyalar artıq Sənaye Simsiz Sensor Şəbəkələrində (WSN) inkişaf etdirilmişdir. Ağıllı evlər də IoT-nin tətbiq sahələrindən biridir. Texnologiyaların sürətli inkişafı və arxitektura sahəsindəki təkmilləşmələr nəticəsində bütöv sistemin necə idarə olunacağı və nəzarətdə saxlanılacağı, server səviyyəsində və ağıllı evlərin özündə təhlükəsizliyin necə təmin olunacağı kimi müxtəlif problemlər meydana çıxır. Bu məqalədə IoT arxitekturası təqdim olunur. Ağıllı ev dedikdə, evdəki cihazların və məişət avadanlıqlarının uzaqdan izlənilə və idarə oluna biləcəyi sistemlər nəzərdə tutulur. Əgər bu cihazlar müvafiq şəbəkə arxitekturası və standart protokollar vasitəsilə internetə qoşularsa, həmin sistem “IoT mühitində Ağıllı Ev” və ya “IoT əsaslı Ağıllı Ev” adlandırıla bilər. Ağıllı evlər ev avtomatlaşdırma prosesini asanlaşdırır. Bu məqalədə yalnız IoT və ağıllı ev sistemlərində qarşıya çıxan problemlər və çətinliklər deyil, həmçinin bu problemlərin və çətinliklərin aradan qaldırılması üçün bəzi həll yolları da təqdim olunur.
Açar sözlər: İnternet əşyaları (IoT), Ağıllı Ev, Radio Tezliklə Tanıma (RFID)