DOI: https://doi.org/10.36719/2706-6185/47/198-202
Elşən Heydərov
Azərbaycan Dövlət Pedaqoji Universiteti
magistrant
https://orcid.org/0009-0003-8150-6977
elshenheydarov02@icloud.com
Ali təhsilin idarə edilməsində inkişaf strategiyasının mahiyyəti və rolu
Xülasə
Ali təhsil müəssisələrinin uğurlu fəaliyyət göstərməsi üçün strateji idarəetmə və effektiv menecment vacibdir. Avropa və Anqlosakson kimi müxtəlif idarəetmə modelləri ali təhsildə fərqli yanaşmalar təqdim edir. Dövlət səviyyəsində qəbul olunan inkişaf planları ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasına yönəlib. Bu strategiyalar universitetlərin rəqəmsallaşması, innovativ tədris metodlarının tətbiqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsini əhatə edir. Menecment strukturları strateji məqsədlərə çatmaq üçün resursların düzgün bölgüsünü və nəzarəti təmin edir. İnkişaf planları sayəsində Azərbaycan universitetləri dünya təhsil sisteminə inteqrasiya imkanı əldə edir. Beləliklə, dövlət strategiyası və ali təhsil müəssisələrinin inkişaf planları milli təhsil sisteminin keyfiyyətli və dayanıqlı inkişafına töhfə verir.
Açar sözlər: strateji idarəetmə, menecment, ali təhsil, inkişaf planı, dövlət strategiyası