DOI: https://doi.org/10.36719/2789-6919/47/73-78
Ayşən Cavadova
Lənkəran Dövlət Universiteti
magistrant
https://orcid.org/0009-0007-2029-0606
aysenagayeva913@gmail.com
Alma istehsalının dünyada və Azərbaycanda inkişafı
Xülasə
Bu gün dünyada alma sortlarının sayı 6500-ü, Azərbaycanda isə 300-ü keçir. Lakin bunların arasında keyfiyyəti və məhsuldarlığı yüksək olan və kommersiya yolu ilə yetişdirilənlərin sayı çox azdır. Almanın Azərbaycanda 300-ə qədər müxtəlif növü və çeşidi olsa da, bunlardan 60-ı sənaye üçün əhəmiyyətlidir. Almanın digər meyvələrdən üstünlüyü odur ki, ondan il boyu istifadə etmək olar. Almanın yetişmə dövrünə payız (sentyabr, oktyabr), yay (iyul, avqust), qış (noyabr-fevral) daxildir. Almanın sortundan və növündən asılı olaraq dadı, rəngi və ətri müxtəlif olur. Quba rayonu Azərbaycanda əsas almaçılıq rayonu hesab olunur. Burada almaların müxtəlif növləri yetişdirilir. Burada son dövrlər Fuci (Fuji), Qrani Smit (Granny Smith), Qolden Delişes (Golden Delicious), Conocold, Reyn reneti, Ağ renet sortlarına aid tinglər 24 hektarlıq alma bağında əkilmişdir.