Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/47/260-263

Naz Budaqova

Bakı Slavyan Universiteti

 magistrant

https://orcid.org/0009-0000-8257-0709

 naz.budagova19@gmail.com

 

Alman dili dərslərində ədəbi mətnlərin rolu:

didaktik və metodoloji baxış

 

Xülasə

 

Son illərdə xarici dil tədrisində, xüsusilə də alman dili dərslərində ədəbi mətnlərin və bədii ədəbiyyatın rolu yenidən aktuallaşmışdır. Ədəbi materiallardan istifadə tələbələrdə dil bacarıqlarının (dinləmə, danışma, oxu və yazı) inkişafına, həmçinin onların mədəni dəyərləri və fərqli baxış bucaqlarını anlama qabiliyyətinə müsbət təsir göstərir. Məqalədə qeyd olunur ki, bədii mətnlər yalnız dil öyrənmək üçün deyil, həm də öyrənilən xalqın mədəniyyətini tanımaq və tələbələrin emosionalintellektual inkişafını dəstəkləmək üçün də mühüm vasitədir.

Didaktik və metodoloji baxımdan, bu cür mətnlər tədris prosesində tənqidi düşüncə, müstəqil yanaşma və interkultural anlayışların formalaşmasına kömək edir. Eyni zamanda, məqalədə ədəbi materiallara audio-vizual resursların əlavə olunmasının tələbələrin motivasiyasını artırdığı və dərsləri daha effektiv etdiyi qeyd olunur.

Nəticə etibarilə, alman dili dərslərində ədəbi mətnlərdən istifadə tələbələr üçün həm linqvistik, həm də mədəni baxımdan zəngin tədris mühiti yaradır və bu yanaşma xarici dil öyrənməsinin əsas məqsədlərinə əhəmiyyətli töhfə verir.

Açar sözlər: ədəbi mətnlər, alman dili tədrisi, xarici dil öyrənmə, didaktik yanaşma, mədəniyyətlərarası kommunikasiya


Baxış: 47