DOI: https://doi.org/10.36719/2706-6185/59/227-232
Günay Vəliyeva
Bakı Slavyan Universiteti
magistrant
https://orcid.org/0009-0001-3299-026X
gunaycavidveliyev@gmail.com
Alman dilində feil kateqoriyalarının müqayisəli şəkildə öyrədilməsi,
Azərbaycan auditoriyası üçün modellər
Xülasə
Məqalədə alman dilində feil kateqoriyalarının müqayisəli şəkildə öyrədilməsi və Azərbaycan auditoriyası üçün tətbiq oluna bilən tədris modelləri araşdırılır. Tədqiqatın əsas məqsədi alman və Azərbaycan dillərində feil kateqoriyalarının (zaman, şəxs, təsrif, modal kateqoriyalar və s.) oxşar və fərqli xüsusiyyətlərini müəyyənləşdirmək və bu müqayisə əsasında effektiv tədris yanaşmaları təklif etməkdir. Araşdırma müqayisəli dilçilik və metodika prinsiplərinə əsaslanır. Nəticələr göstərir ki, ana dilinə əsaslanan müqayisəli tədris modelləri tələbələrin qrammatik qavrayışını gücləndirir, feillərin mənimsənilmə prosesini sürətləndirir və ünsiyyət bacarıqlarının inkişafına müsbət təsir göstərir.
Açar sözlər: Alman dili, feil kateqoriyaları, müqayisəli tədris, metodika, dilçilik