Aviasiyada istifadə olunan əsas rəqəmsal
texnologiyalar
Tərlan Əlimirzəyev
Xülasə. Aviasiyada istifadə olunan əsas rəqəmsal texnologiyalar müasir hava nəqliyyatı sahəsinin effektivliyini və təhlükəsizliyini artırmaq üçün geniş tətbiq olunur. Bu texnologiyalar həm yük, həm də sərnişin daşımalarının idarə edilməsində mərkəzi rol oynayır və aşağıdakı sahələrdə özünü göstərir:
Birincisi, logistik idarəetmə sistemləri rəqəmsallaşdırılmışdır. Bu sahədə blokçeyn texnologiyası yük daşımalarında sənədləşməni şəffaflaşdırır, hava yolu qaimələrinin rəqəmsallaşması isə yükün mənşəyindən təyinat nöqtəsinə qədər izlənməsini mümkün edir. Bu, gömrük və terminal əməliyyatlarında vaxt itkisini minimuma endirir və təchizat zəncirinin optimallaşdırılmasına şərait yaradır .
İkincisi, süni intellekt (AI) uçuş məlumatlarının təhlilinə tətbiq olunur. AI sistemi tələbi proqnozlaşdırır, təyyarələrin yüklənmə dərəcəsini optimallaşdırır və sərnişin daşımalarının planlaşdırılmasını daha səmərəli edir. Bu, həmçinin hava yolu əməliyyatlarının resurs istifadəsini və enerji sərfiyyatını azaltmağa kömək edir .
Üçüncüsü, sərnişin xidmətlərində biometrik və üz tanıma texnologiyaları istifadə olunur. Bu texnologiyalar sərnişinlərin pasport və minik talonu təqdim etmədən bütün keçid proseslərini sürətlə tamamlamasına imkan verir. Eyni zamanda, intellektual izləmə sistemləri hər bir çamadanın təyyarəyə yüklənmə statusunu real vaxt rejimində sərnişinə çatdırır və itmiş baqaj problemini minimuma endirir .
Dördüncüsü, kağızsız sənədləşmə və elektron ticarət sistemlərinin tətbiqi yük daşımalarının sürətini və effektivliyini artırır. Həmçinin, yaşıl texnologiyaların tətbiqi karbon emissiyasının azalmasına və ekoloji dayanıqlılığın yüksəlməsinə xidmət edir .
Açar sözlər: aviasiya, rəqəmsal, blokçeyn, süni intellekt (aı), uçuş, biometrik