Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

https://doi.org/10.36719/2706-6185/43/61-66

Aygün Əzimova

Bakı Dövlət Universiteti

 filologiya üzrə fəlsəfə doktoru

aygunazim@mail.ru

https://orcid.org/0000-0002-8652-8249

 

AXC dövrü mətbuatı Şirməmməd Hüseynovun tədqiqatlarında

 

Xülasə

Müstəqillik qazanıldıqdan sonra mətbuat tarixinin yenidən tədqiqi və dövrün gerçəklərinə yeni baxış bucağından aydınlıq gətirilməsi bugünkü günümüzün vacib məsələlərindəndir. Məqalədə mil­li mənəvi irsimizin tədqiqatçısı Şirməmməd Hüseynovun Azərbaycan mətbuatının açılmamış səhifə­lərinə, tədqiqatlardan kənarda qalan mətbu orqanlara, yaradıcılığı az öyrənilən şəxsiyyət­lərinə, sovet dövründə siyasi səbəblərdən üzərinə qadağa qoyulan faktlara, təhrif olunan hadisələrə, xüsusilə Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlı 1991-2018-ci illər araşdırmaları tədqiq və təhlil edilir.

 Bu tədqiqatlardan aydın olur ki, Ş. Hüseynov faktlara, hadisələrə, problem və şəxsiyyətlərə azərbaycançılıq ideyasının prinsipləri əsasında qiymət vermişdir. Məqalədə alimin müxtəlif illərdə çap olunmuş elmi əsərlərinin təhlilindən aydın olur ki, o, AXC dövrünü birmənalı olaraq obyektiv istiqamətdə araşdırmışdır.

Ş. Hüseynovun “Azərbaycan” qəzetində Parlament hesabatları və şərhlər (noyabr 1918 ‒ aprel 1920)” adlı üçcildliyi ölkə daxilində gedən proseslərə münasibətləri, əks qüvvələrin maraqlarını öyrənmək, tariximizi obyektiv, sistemli, faktlar əsasında araşdırmaq baxımından dəyərli mənbə kimi qiymətləndirilir.

Məqalədə bu tədqiqatlarda alimin vətəndaşlıq mövqeyi də dəyərləndirilir, tədqiqatların aktual­lığı xüsusi təhlil edilir.

Açar sözlər: Şirməmməd Hüseynov, tədqiqat, təhlil, mətbuat, demokratik, dövlət quruculuğu, istiqlal


Baxış: 86