DOI: https://doi.org/10.36719/2789-6919/56/9-13
Həcər Hüseynova
Milli Müdafiə Universiteti
filologiya elmləri doktoru
https://orcid.org/0000-0002-3223-427X
hacerhuseynova@mail.ru
Azərbaycan dilində hərbi terminlərin yaranması və inkişafı
Xülasə
Araşdırmada dilimizdə hərbizmlərin yaranmasının əsas mənbələri, üsulları, inkişaf dövrləri haqqında fikirlər öz əksini tapmışdır. Göstərilmişdir ki, hərbi sahəyə aid olan leksik vahidlər-terminlər mənsub olduğu dilin ümumi leksik sisteminin ayrılmaz parçasıdır və müxtəlif dövrlərdə baş vermiş ictimai-siyasi hadisələrin, müharibələrin nəticəsində zənginləşmişdir. Təqdim edilmiş məqalədə həm türk mənşəli, həm də alınma ərəb, fars mənşəli, daha sonrakı dövrlərdə rus və Avropa dillərindən keçmiş terminlərdən bəhs edilmişdir.
Eyni zamanda terminlərin yaranması, formalaşması prosesində dilin öz daxili resursları, derivatoloji elementləri, daxili üsullar, standartlaşdırma və s. məsələlər diqqətdə saxlanmışdır. Nəticədə, dilimizin hərbi terminlərinin milli və beynəlxalq təsirlər nəticəsində inkişaf etdiyi qənaətinə gəlinmişdir.
Açar sözlər: hərbizmlər, leksika, termin, terminyaratma, alınma, milli, sistem