Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

Azərbaycan mühacirlərinin Almaniyada fəaliyyəti:

Fuad Əmircan

 

Vüqar Abdullayev Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным.

 

Xülasə. Məqalə İkinci Dünya müharibəsi illərində və müharibədən sonra Almaniyada yaşayan legioner azərbaycanlıların həyatında mühüm rol oynayan, onların SSRİ yə qayıtmaması uğrunda mübarizə aparmış, azərbaycanlı vətənpərvər, ziyalı, siyasi xadim, jurnalist Fuad Əmircanın həyatı və Almaniyadakı fəaliyyətindən bəhs edir. Müəllif məqalədə Fuad Əmircanın İkinci Dünya müharibəsi illərində Almaniyanın Münxen şəhərində yerləşən əsir düşərgələrindəki azərbaycanlılıarın bir araya gətirilməsində və müharibədən sonrakı illərində onların taleyinin həllində M.Ə. Rəsulzadə, F. Düdənginski, S. Təkinər. F. Məmmədov, M. Musazadə, M. Muradlı  kimi azadlıq mücahidləri ilə çiyin-çiyinə yorulmaq bilmədən çalışmış Fuad Əmircanın Almaniyadakı mühacir fəaliyyətindən söz açır. Fuad Əmircan Almaniyada azərbaycanlı legionerlərə istər müharibə illərində, istərsə də müharibədən sonra arxa-dayaq olmaqla bərabər, bu ölkənin siyasi və ictimai həyatında da yaxından iştirak etmiş, Almaniyada nəşr olunan “Təsviri-Əfkar”, “Azərbaycan”, “Hücum” qəzetlərində və “Milli Birlik” jurnalında öz məqalələri ilə çıxış etmişdir. İkinci Dünya müharibəsindən sonra onun “Qafqaz İstiqlal Komitəsi”nin yaradılmasında Həsən Kərbəla (Doktor Orous), İsmayıl Əkbər, Şamil Atabəy kimi vətən fədailəri ilə birlikdə çalışması və onların özü haqqında bəzi məlumatlar verilmişdir. Eyni zamanda onun jurnalist kimi fəaliyyətində “Azərbaycan” qəzetinin redaktoru olan Məcid Musazadə ilə birlikdə çalışmasından da bəhs olunur. Sovet ideologiyasına, stalinizmə və bolşevizmə qarşı barışmaz mübariz olan Fuad Əmircan nəinki azərbaycanlıların, habelə bütün Qafqaz xalqlarının azadlığı və suverenlik uğrunda mübariz olmuşdur. Məqalədə həmçinin Fuad Əmircanın siyasi xadim kimi fəaliyyətindən, onun müharibədən sonra Avropa parlamentində Türkiyə dövlətini təmsil etməsindən də söz açılır. Habelə bu böyük şəxsiyyətin “Amerikanın səsi” radiosunda fəaliyyətindən də bəhs olunur.

 

Açar sözlər: İkinci Dünya müharibəsi, Azərbaycan legionerləri, Fuad Əmircan, Almaniyadakı fəaliyyəti, jurnalist və siyasi xadim kimi fəaliyyəti

 


Baxış: 4