Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/45/146-151

İnarə Abdıyeva

Azərbaycan Dövlət İqtisad Universiteti

magistrant

https://orcid.org/0009-0002-5026-8462

abdiyeva.inara.natig.2023@unec.edu.az

 

Azərbaycan nəqliyyat sektorunun ekoloji yükü və yaşıl nəqliyyat perspektivləri

 

Xülasə

 

Azərbaycanın iqtisadi dinamikasında nəqliyyat sektorunun rolu müstəsna olsa da, bu sahənin ekoloji təsirləri getdikcə daha çox diqqət tələb edir. Nəqliyyat infrastrukturunun sürətli genişlənməsi iqtisadi artımı stimullaşdırsa da, atmosferə karbon tullantılarının emissiyası, səs-küyün artması, torpaq resurslarının səmərəsiz istifadəsi və ekosistemlərin pozulması kimi çətinlikləri də özü ilə gətirir. Eyni zamanda, təkrar emal sistemlərinin tətbiqi, şəhər planlaşdırmasında ekoloji standartların nəzərə alınması və alternativ enerji mənbələrinin (külək, günəş enerjisi) inteqrasiyası da uğurun tərkib hissələridir. Təhlil göstərir ki, davamlı nəqliyyat sistemlərinə keçid təkcə ekoloji problemləri həll etməklə kifayətlənmir, həm də uzunmüddətli iqtisadi effektlər yaradır. Enerji səmərəliliyinin artması, xarici investisiyaların cəlb edilməsi və sağlam ətraf mühitin yaradılması sosial rifahın artımına kömək edir. Sonda qeyd etmək lazımdır ki, ekoloji cəhətdən davamlı nəqliyyat strategiyası Azərbaycanın 2030-cu ilə qədərki sosial-iqtisadi inkişaf planları ilə sinxronlaşdırılmalı və qlobal yaşıl tendensiyaların ayrılmaz hissəsinə çevrilməlidir. Bu yolda inteqrasiya olunmuş yanaşma texnoloji yeniliklər, hüquqi islahatlar və ictimai şüurun artırılması  ölkənin təbii resurslarını qoruyaraq rəqabət qabiliyyətini qorumağa imkan verəcəkdir.

Açar sözlər: yaşıl nəqliyyat, hava çirklənməsi, karbon emissiyası, ictimai nəqliyyat, alternativ enerji, nəqliyyat infrastrukturu, ekoloji yük, nəqliyyat siyasəti, elektrikli avtomobillər, davamlı inkişaf


Baxış: 62