DOI: https://doi.org/10.36719/2789-6919/44/22-26
Flora Kərimova
Naxçıvan Dövlət Universiteti
filologiya üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0005-2884-025X
florakerimova@ndu.edu.az
Azərbaycan Respublikasında 2025-ci ildə keçirilən bələdiyyə seçkilərinin nəticələrinin təhlili
Xülasə
Bələdiyyə seçkiləri demokratik cəmiyyətlərdə yerli idarəetmə sisteminin ayrılmaz hissəsi olaraq vətəndaşların öz yaşayış mühitlərinin idarə olunmasında birbaşa iştirakını təmin edir. Bu seçkilər həm də cəmiyyətin siyasi yetkinlik səviyyəsini, demokratik institutlara inamını və hüquqi mədəniyyətini əks etdirən mühüm bir göstərici hesab olunur.
Bələdiyyə seçkiləri, demokratik cəmiyyətlərdə yerli idarəetmə sisteminin ayrılmaz bir hissəsi olaraq vətəndaşların öz yaşayış mühitlərinin idarə olunmasında birbaşa iştirakını təmin edir. Bu proses, həmçinin, cəmiyyətin siyasi yetkinlik səviyyəsini, demokratik institutlara olan inamını və hüquqi mədəniyyətini əks etdirən mühüm bir göstərici hesab olunur. Yerli idarəetmə, dövlətin ən yaxın təbəqəsi olaraq, əhalinin gündəlik həyatında mühüm rol oynayır. Bu səbəbdən, bələdiyyə seçkiləri yalnız siyasi iştirakın bir forması olmaqla yanaşı, həm də yerli inkişafın, sosial ədalətin təmin edilməsinin və vətəndaşların hüquq və azadlıqlarının qorunmasının təmini baxımından əhəmiyyətli bir mexanizmdir.
Məqalədə həmçinin, 2025-ci ildə keçirilmiş bələdiyyə seçkilərinin nəticələri, bu seçkilərin yerli idarəetmə sisteminə olan təsiri və bu istiqamətdə həyata keçirilən hüquqi və təşkilati dəyişikliklər təhlil edilmişdir.
Azərbaycan Respublikasında da bələdiyyə seçkiləri demokratik inkişafın vacib bir mexanizmi kimi çıxış edir. 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyə seçkiləri isə bu istiqamətdə mühüm mərhələ kimi qiymətləndirilə bilər.
Açar sözlər: Azərbaycan Respublikası, qanunvericilik, yerli özünüidarəetmə, bələdiyyə seçkiləri, seçki prosesi, şəffaflıq