DOI: https://doi.org/10.36719/2789-6919/50/81-84
Sabunçu rayonu, N.Rzayev adına 169 saylı orta məktəb
https://orcid.org/0009-0004-9681-0709
nabat1abdullayeva@gmail.com
Azərbaycan toponimlərinin təsnifatı
Xülasə
Müasir dilçiliyin ən əhəmiyyətli problemlərindən biri Azərbaycan onomastikasının tədqiqi məsələsidir. Məlumdur ki, XX əsrin II yarısından başlayaraq bu sahədə xeyli tədqiqat işləri görülmüşdür. Həm Azərbaycan Respublikasının, həm də tarixi Azərbaycan ərazilərinin türk-Azərbaycan mənşəli minlərlə onomastik vahidi təhlilə cəlb edilmiş və onomastik elmi tədqiqatlarda linqvistik baxımdan çox əhəmiyyətli fikirlər söylənilmişdir. Bütün bunlara baxmayaraq, bu sahədə görülməli işlər, tədqiq olunmalı məsələlər hələ də mövcuddur. Bu silsiləyə onomastik vahidlərin dəqiq təsnifatını, tarixi onomalogiyanın araşdırılmasını, onomastik vahidlərin tərkibindəki arxaik elementlərin tədqiqini, həmçinin tarixən Azərbaycan torpaqları olmuş bölgələrin tam onomastik tədqiqatının aparılmasını aid etmək olar.
Açar sözlər: onomalogiya, toponim, etnonim, arxaik apelyativli onomastik vahid