DOI: https://doi.org/10.36719/2789-6919/44/176-179
Qumru Balaxanova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
biologiya üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0002-1709-1442
19_bq_91@mail.ru
Azərbaycan torpaqlarında mikromisetlərin eko-fizioloji xüsusiyyətləri
Xülasə
Bu məqalə, Azərbaycanın müxtəlif biotoplarından götürülmüş torpaq nümunələrində mikroskopik göbələklərin növ tərkibinin və ekoloji xüsusiyyətlərinin təhlilini məqsəd götürmüşdür. Tədqiqatda Abşeron yarımadasının neftlə çirklənmiş torpaqları, qaz-boru kəməri xətti boyunca yerləşən torpaqlar və sement zavodunun ərazisindəki torpaqlar öyrənilmişdir. Alınan nümunələrdən mikroskopik göbələklərin izolyasiyası və identifikasiyası həyata keçirilmişdir.Torpaqların fitotoksikliyi və toksikliyi isə turp cücərtiləri və biosınaq üsulları ilə qiymətləndirilmişdir.
Nəticələr göstərmişdir ki, öyrənilən torpaqların mikroskopik göbələk tərkibi əhəmiyyətli dərəcədə fərqlənir. 15 cinsə aid 53 növ göbələk ştammı ayrılaraq, onların əksəriyyəti Penicillium və Aspergillus cinsinin nümayəndələridir. Həmçinin, antropogen təsirə məruz qalmış torpaqlarda toksigen və allergen göbələklər üstünlük təşkil edir. Fitotoksiklik analizlər, mikroskopik göbələklərin kultural mayesinin turp cücərtilərinin kök böyüməsinə müxtəlif dərəcələrdə təsir etdiyini, yüksək toksik təsir göstərən göbələklərin isə torpaqların məhsuldarlığını azaldığını göstərir.
Tədqiqatın nəticələri, torpaqların çirklənməsi ilə əlaqəli mikroskopik göbələk növ tərkibindəki dəyişikliklərin ekosistemin sağlamlığı və məhsuldarlığı üzərində ciddi təsir yaratdığını vurğulayır. Bu, torpaqların monitorinqinin və qorunmasının əhəmiyyətini bir daha göstərir. Tədqiqatın nəticələri, torpaqların ekologiyasının bərpası və davamlı idarə edilməsi üçün faydalı məlumatlar təqdim edir.
Açar sözlər: torpaq, mikroskopik göbələklər, ekoloji xüsusiyyətlər, fitotoksiklik, antropogen təsir, neftlə çirklənmiş torpaq, ekosistem