DOI: https://doi.org/10.36719/2789-6919/44/84-87
Günay Hacızadə
Bakı Dövlət Universiteti
doktorant
https://orcid.org/0009-0001-9472-3570
hadjizade.93@gmail.com
Azərbaycan və ingilis dillərində feılın məna növləri
Xülasə
Azərbaycan dilçiliyində XX əsrin 50-ci illərindən başlayaraq feillərin leksik-semantik baxımdan qruplaşdırılmasına xüsusi diqqət yetirilməyə başlayır. Bu, feillərin, eləcə də digər nitq hissələrinin daha geniş və əhatəli tədqiq olunması, onlara aid spesifik əlamətlərin və səciyyəvi xüsusiyyətlərin müəyyənləşdirilib üzə çıxarılması zəruriliyi ilə bağlı idi. Həm ingilis, həm də Azərbaycan dilçiliyində feillərin leksik-semantik qrupları, eyni zamanda feillərin ayrı-ayrı qrammatik xüsusiyyətləri haqqında xeyli sayda tədqiqatlar aparılmışdır. Bu məqalədə də feilin məna növləri üzrə aparılan tədqiqatlar və feilin növlərindən biri olan qavrayış feilləri ilə bağlı araşdırma aparılmışdır.
Açar sözlər: semantika, feil, məna növləri, leksik-semantik, qavrayış feilləri