DOI: https://doi.org/10.36719/2706-6185/55/84-89
Elnura Qasımova
Azərbaycan Dövlət Aqrar Universiteti
https://orcid.org/0009-0007-5798-2892
ulviyye.eliyeva.90.90@mail.ru
Günay Məmmədova
Azərbaycan Dövlət Aqrar Universiteti
https://orcid.org/0009-0009-3138-0687
gunaywamsaddinkizi@gmail.com
Türkan Hüseynova
Azərbaycan Dövlət Aqrar Universiteti
https://orcid.org/0009-0007-7182-0283
tutu.huseyn@gmail.com
Azərbaycan və rus dillərində frazeoloji vahidlərin müqayisəli təhlili
Xülasə
Frazeologiyanı öyrənərkən frazeoloji vahidin semantikasını, stilistik və ifadəli çalarlarını öyrənmək lazım olduğu aydındır, lakin onun öyrənilməsində ən vacib aspektlərdən biri müxtəlif üslublu mətnlərdə istifadə imkanının nəzərə alınmasıdır. Tədqiqatın əsas məqsədləri: a) frazeoloji vahidlərin semantikasının formalaşması, müxtəlif üslublu mətnlərdə funksiyası məsələsinin qaldırıldığı tədqiqatçıların əsərlərini təhlil etmək; b) rus və Azərbaycan dillərinin frazeoloji vahidlərinin semantikasını və funksiyasını öyrənən əsərlərin əsas müddəalarını təqdim etməkdir.
Məqalədə nəzəri və empirik tədqiqat metodlarından istifadə edilmişdir. Nəzəri metod tədqiq olunan problem üzrə elmi ədəbiyyatın təhlilini, empirik metod isə rus və Azərbaycan dillərinin frazeoloji vahidlərinin müşahidəsini əhatə edir. Rus dilinin frazeoloji vahidlərinin ənənəvi tədqiqi funksional-semantik aspektin istifadəsinə əsaslanır. Azərbaycan dili isə frazeoloji vahidləri semantik dərinliyi, milli-mədəni məzmunu və funksional çevikliyi baxımından ayrıca tədqiqat predmetinə çevrilir. Dilin frazeoloji sisteminin semantik yanaşmadan istifadə edərək öyrənilməsini bir çox tədqiqatçının əsərlərində izləmək olar. Araşdırmada V.V.Vinoqradov, N.M.Şanski və V.N.Teliya kimi rus dilçilərinin və Ə.Dəmirçizadə, A.Axundov, N.Cəfərov və M.Hüseynzadə kimi Azərbaycan alimlərinin fikirlərinə istinadlar verilmişdir.
Açar sözlər: rus və Azərbaycan dilləri, frazeoloji vahid, tədqiqat predmeti, semantika, funksionallıq, funksional-semantik aspekt