Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/45/140-145

 

Zəkiyyə Hüseynova

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyası

magistrant

https://orcid.org/0009-0002-1928-0869

zakiyyahuseynova551@gmail.com

 

Azərbaycanda azadlıq hüququnun konstitusiya əsasları

 

Xülasə

 

Məqalədə Azərbaycan Respublikasında azadlıq hüququnun konstitusiya-hüquqi tənzimlənməsi və bu hüququn quruluşu araşdırılır. Tədqiqatın məqsədi Konstitusiyada nəzərdə tutulan əsas azadlıq təminatlarını müəyyənləşdirmək və onların beynəlxalq insan hüquqları standartlarına uyğunluğunu təhlil etməkdir.

Elmi yenilik azadlıq hüququnun kompleks hüquqi institut kimi sistemli şəkildə araşdırılmasındadır. Bu instituta şəxsi toxunulmazlıq, hərəkət azadlığı və ayrı-seçkiliyin yolverilməzliyi daxildir. Məqalədə milli və beynəlxalq normaların qarşılıqlı əlaqəsinə, konstitusiya müddəalarının birbaşa tətbiqinə və məhkəmə-institusional müdafiəyə xüsusi diqqət yetirilmişdir. Elmi nəticə: Azərbaycan Respublikasının Konstitusiyası və müvafiq qanunvericilik şəxsi azadlığın qorunması üçün sabit hüquqi çərçivə yaradır. Məqalədə hüququn məhdudlaşdırılması halları, hüquqi prosedur, proporsionallıq prinsipi və fövqəladə hallar zamanı belə istisna olunmayan hüquqların məzmunu geniş şəkildə izah edilir.

Tətbiqi əhəmiyyət: Məqalənin nəticələrindən normativ hüquq yaradıcılığı, konstitusiya məhkəmə təcrübəsi, ombudsman institutunun fəaliyyəti və hüquqşünasların hazırlanmasında tədris materialı kimi istifadə oluna bilər.

Açar sözlər: hüquq, azadlıq, konstitusiya, qanunvericilik, hüquqi prosedur


Baxış: 77