Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/117/83-87

İnci Ağayeva

Azərmemar Dövlət Baş Layihə İnstitutu

https://orcid.org/0009-0008-9870-7958

UOT-746.5

imemmedova158@gmail.com

 

Azərbaycanda batika sənətinin tarixi inkişafı və onun

milli geyim mədəniyyətində tətbiqi

 

Xülasə

 

Batika sənəti qədim dövrlərdən bəri müxtəlif xalqların tekstil və bəzək sənətində yer almış, xüsusilə İndoneziyada inkişaf edərək dünya mədəni irsinin önəmli hissəsinə çevrilmişdir. Bu sənət növü parçanın üzərinə mum və boya ilə naxışların işlənməsi texnikasına əsaslanır və həm estetik, həm də simvolik mənalar daşıyır. Batika yalnız geyim bəzəyi deyil, həm də sosial status, dini inanc və mədəni kimliyin ifadə vasitəsi olmuşdur.

Tarixi baxımdan batika sənəti müxtəlif mərhələlərdən keçmiş, Orta əsrlərdən başlayaraq İslam mədəniyyəti, Avropa kolonializmi və müasir dövrdə qloballaşmanın təsiri ilə fərqli formalarda inkişaf etmişdir. İsti və soyuq batika texnikaları, müxtəlif boya və parça növləri ilə zənginləşərək sənətkar yaradıcılığını genişləndirmişdir.

Azərbaycanda batika sənəti qədim tekstil və ipəkçilik ənənələri fonunda inkişaf etmişdir. Xüsusilə Şəki, Basqal və Gəncə kimi bölgələrdə tətbiq olunan parça boyama texnikaları, XX əsrdən etibarən müasir batika texnikaları ilə zənginləşmişdir. Azərbaycanın milli ornamentləri, nağıllar və mədəni simvollar batika motivləri kimi geniş istifadə olunur. Xüsusilə “kəlağayı” bu sənətin ən gözəl və qədim nümunələrindən biri sayılır və Azərbaycan qadınının mədəni simvoluna çevrilmişdir.

Açar sözlər: Batik sənəti, tekstil texnologiyası, parça boyama, milli geyim, dekorativ tətbiqi sənət, kəlağayı, Azərbaycan mədəniyyəti, təbii boyalar, etnoqrafik irs, ipəkçilik


Baxış: 380