Azərbaycanda reklam bazarının
formalaşması və inkişaf xüsusiyyətləri
İsmayıl Emiralizadə
Xülasə. Bu tədqiqatda Azərbaycan Respublikasının reklam bazarının tarixi formalaşması, mövcud quruluşu və gələcək inkişafları araşdırılır. SSRİ zamanlarının ciddi mərkəzləşdirilmiş rejimindən başlayaraq dövlətimizin müstəqilliyinin bərpası və "Əsrin Müqaviləsi"nin imzalanmasından sonra maliyyə sektorunun sürətli böyüməsi ilə sonlanan reklamın inkişafı detallı bir şəkildə araşdırılır. Xüsusi diqqət əsasən XXI əsrdə reklam sektorunun rəqəmsal dəyişikliyinə yönəldilir. Ənənəvi marketinq ilə müasir rəqəmsal marketinq arasındakı əlaqə təhlil edilir. Milli marketinqin əsas cəhətləri, həmçinin Azərbaycan dilinin, ənənələrinin və bayram endirimləri və kampaniyalarının alıcı davranışına necə təsir etməsi müəyyən edilir. Bundan əlavə süni intellektin tətbiqi, proqram texnologiyaları və data analitikası kimi sektorun inkişafı üçün perspektivli sahələri təsvir edilir.
Açar sözlər: Azərbaycanın reklam sektoru, rəqəmsal marketinq, reklamın inkişafı, ənənəvi marketinq, sosial platformalar, targetinq, reklamda süni intellekt, data analitika