Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

Azərbaycanda təhsilin modernləşdirilməsi kontekstində innovativ tədris metodikalarının tətbiqi və gələcək müəllimlərin elmi-tədqiqat bacarıqlarının inkişaf perspektivləri

 

Günel Məmmədova

 

Xülasə. Məqalənin əsas məqsədi Azərbaycanda gələcək ibtidai sinif müəllimlərinin tədqiqat yönümlü şəkildə yetişdirilməsinin zəruriliyini əsaslandırmaq və onların pedaqoji hazırlığında müasir tədris metodikalarının tətbiqi imkanlarını araşdırmaqdır. Məqalədə gələcək ibtidai sinif müəllimlərinin yalnız bilik ötürücüsü deyil, eyni zamanda yaradıcı düşünən, araşdırma aparan tədqiqatçı-öyrədən kimi formalaşdırılmasının təhsilin keyfiyyətinə təsiri təhlil olunur. Eyni zamanda, araşdırmanın məqsədi pedaqoji təhsildə elmi tədqiqat bacarıqlarının inkişaf etdirilməsi istiqamətində mövcud vəziyyəti qiymətləndirmək, beynəlxalq təcrübələri nəzərdən keçirmək və yerli kontekstdə tətbiq edilə biləcək yeni metodik yanaşmaları müəyyənləşdirməkdir. Məqalədə həmçinin, tələbələr arasında keçirilmiş sorğular və pedaqoji müşahidələr əsasında, onların tədqiqatçılıq bacarıqlarının inkişaf səviyyəsi və yeni metodikaları tətbiq etməkdə qarşılaşdıqları çətinliklər də təhlil edilir. Nəticədə, müəllim hazırlığı üzrə tədris proqramlarında təkmilləşdirməyə ehtiyac olan sahələrə dair konkret elmi və praktik təkliflər irəli sürülür.

 

Açar sözlər: gələcək ibtidai sinif müəllimləri, tədqiqat bacarıqları, müəllim hazırlığı, innovativ tədris metodları, pedaqoji hazırlıq; təhsil tədqiqatları

 


Baxış: 39